SON DƏQİQƏ:

III Dünya müharibəsi, dirəyə zəncirlənən su oğrusu, Yezid - Eminquey yazır 

  64762   |  
Şriftin ölçüsü  

Fağır-füqəranın biri marketdən su oğurlayıb, mağazanın yiyəsi həmin adamı tutub boğazından işıq dirəyinə zəncirləyib və bu azmış kimi videosunu çəkib:

- Sən niyə burdasan?

- Nə bilim... (əliylə gözünü silir)

- Mənim dükanıma niyə girmişdin?

- Məni bağışla da, nə olar...

- Yox e, nəyi bağışlayım sənə?

- Piyan olmuşdum da...

- Piyan olmuşdun get başını vur divara.

- Oldu, başa düşdüm.

- Yox, sən it kimi qalacaqsan burda.

Sizə də qəribə gəlmirmi ki, keçən ilin sonundan bu günə kimi su mövzusu artıq neçənci dəfədir başqa-başqa cildlərdə qarşımıza çıxır, gündəm olur?! Əvvəlcə “Azərsu”nun gündəmə gəlməsi, sonra şəhid məzarlarının su ilə dolması, daha sonra suyun qiymətinin ikiqat qalxması, məhz 2021-ci ilin su haqqında misralarından başqa heç biri misrası ilə yad edilməyən Nizami ili olmağı, və nəhayət indi haqqında danışacağım hadisə.

Hadisə məni şoka saldımı? Hər dəfə desəm də ki, yox, daha heç bir hadisə məni təəccübləndirə, mat qoya bilməz, yanılıram. Bu dəfəki isə yanılmaq yox, yanıb tökülmək oldu. Bu adam oğrudur, əla. Nə oğurlayıb? Su. Qiyməti? Olsun, bir-iki manat. Günahkardırmı? Hə. Amma günahının cəzası nədir? Budurmu?

İndi bir qövm peyda olub, o adamı araq içdiyinə görə qınayır. Lap tutaq ki alkaşdır, yenə də bu arqument vəziyyəti yüngülləşdirmir. İstəyir qatil olsun, istəyir pedofil, istəyir başqa nəsə, insandır və susayıb.

Bir insanı oğurladığı suya görə işıq dirəyinə zəncirləmək hansı sadist fantaziyanın məhsuludur? Bu məhsulu nə vaxt reklam edib insanların şüuruna yeritdilər? Kimdir bu sadist fantaziyanın məhsulunun piar meneceri? Sonuncu dəfə  bu ölkədə işıq dirəyinə zəncirlənmiş adamı xatırlayırsınızmı? Əyninə don geyindirmişdilər. Bir nəfər arvadı ilə onu yatanda tutmuşdu. Həmin hadisə baş verəndə belə reaksiyamız mənfi olmuşdu. O səbəbdən ki, bunun cəzası bu deyil. İndi qarşımıza eyni mənzərə çıxır, amma bu dəfə daha amansız formatda.

İnsan digər canlılardan nəyinə görə fərqlənir? Şüuruna görə - ilk cavab həmişə bu olur. Bəs vicdan? Bəs mərhəmət? Bəs ədalət?

İmam Hüseynin susuz şəhid edilməsindən min ildən çox vaxt keçib. Gözümü açandan nə vaxt ciyərimizin yanğısını söndürmüşük, ən azı beşindən birində Yezidə lənət oxumuşuq. Bəlkə elə həmin bu videonu çəkən adam da dəfələrlə bizim kimi Yezidə lənət oxuyub. Bu, din məsələsi yox, insanlıq məsələsidir. Bu, dinin, yaxud da hansısa din uğrunda şəhid olan birinin yox, insanlığın faciəsidir.

Hər il bu ölkənin böyük bir qismi “Məhərrəm” ayına xatir toyunu, şənliyini dayandırır, sırf bu faciənin su mənasında hüznünü saxlayır. Çünki bu faciənin ən incə simi sudur.

Amma yenə də görürük ki, insanlar çox şeyi ritual olaraq yaşayır, fərqinə varmadan, dərk etmədən. Əgər bir insan Kərbəla müsibətini dərindən dərk etsə, heç vaxt su oğurlayan adamı işıq dirəyinə zəncirləməz.

İş üstündə tutar, çağırır, əvvəlcə niyə oğurluq etdiyini soruşar, sonra üzr istədər və buraxar. Biz günahkarı təkcə günahına görə yox, həm də halına, durumuna görə cəzalandırırıq, elə deyilmi? Məhkəmədə hakim belə insanların ailə vəziyyətinə, durumuna görə müəyyən qədər cəza yüngülləşdirmələri edə bilir. Yolda bizi saxlayan polis belə müəyyən mənada güzəştlərə gedə bilir.

Yəni cəzalar günahlara və durumlara görə dəyişir. Bəs hanı bu mağaza sahibinin ədaləti? Bu adam o orta statistik adamdır ki, ağzını açsa, polisin, məhkəmənin işindən narazılığını bildirəcək. Bu adam o adamdır ki, susuz qalanda Yezidə lənət oxuyacaq.

Bu adam üçün su - öz haqqını tapdayanlara, oğurlayanlara qarşı ağzına alıb oturmaqdan başqa heç zad deyil.

Bu adam Yezidin ta kəndisidir. 

Və çox tədirginəm.

Onsuz da psixoloji vəziyyəti yerində olmayan bir toplum, pandemiyadan sonra daha dərin uçurumlara yuvarlandı. Bunun axırı heç yaxşı görünmür. 

III Dünya müharibəsi başlayacaq – deyirlər. Və bu müharibənin əsas məqsədlərindən biri su olacaq. Bunu mən demirəm, hadisələr göstərir. Amerika, Çin, Rusiya və okeana, dənizə çıxışı olan ölkələr su üzündə donanmalarını möhkəmləndirir. Niyə? Çünki III Dünya müharibəsində ölkələr daha çox suya sahib olmaq uğrunda da vuruşacaqlar.

Və məncə, artıq III Dünya müharibəsi başlayıb...

Özü də ilk dəfə Azərbaycandan...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK