Səfərin ilk günündən VİDEOİCMAL
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara baxış keçirilib.
Adalet.az xəbər verir ki, səfər proqramına uyğun olaraq diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. İştirakçılara kompleksdə görülən işlər barədə məlumat verilib.
Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Burada Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfər iştirakçılarını salamlayıb. Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkli çəkdiriblər.
Səfər çərçivəsində Qarabağ Universiteti ilə də tanışlıq olub. Universitetdə yaradılan şərait və onun fəaliyyəti barədə səfər iştirakçılarına məlumat verilib.
Daha sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən “AzCotton” MMC-nin tikiş fabrikini ziyarət edib, müəssisənin fəaliyyəti ilə tanış olublar.
Səfər Şuşa şəhərində davam edib. Diplomatik korpusun nümayəndələrinə şəhərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Diplomatlar Yeni Şuşa məscidinin tikintisinə baxış keçiriblər.
Daha sonra Cıdır düzü, Qarabağ küçəsi və Şuşa mərkəzi meydanı, həmçinin “Sadıqcanın evi” və Yuxarı Gövhər Ağa məscidi ziyarət edilib. Şuşa mərkəzi meydanında yerləşən güllələnmiş büstlərə də baxış keçirilib.
Diplomatlar Şuşa Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Ardınca Şuşa qala divarlarına səfər edilib, qala divarları qarşısında xatirə şəkli çəkilib.
Diplomatik korpusun nümayəndələri birinci yaşayış məhəlləsində yaradılmış şəraitlə tanış olublar və Şuşa sakinləri ilə görüşüblər.
Səfər iştirakçıları Meksika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Şuşada təşkil olunmuş rəsmi qəbulda iştirak ediblər.
Səfər sentyabrın 12-də də davam etdiriləcək.
Digər Xəbərlər
05 Oktyabr 2026 19:41
Prezidentdən dərman müəssisəsinin açılışı ilə bağlı PAYLAŞIM
05 Oktyabr 2026 19:35
İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
05 Oktyabr 2026 19:15
FHN radiasiya təhlükəsizliyinə dair növbəti tədbir keçirdi
05 Oktyabr 2026 18:51
Prezident bu yarışın açılışında - YENİLƏNİB
05 Oktyabr 2026 18:21
Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır
05 Oktyabr 2026 16:54
Sabah leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 Oktyabr 2026 16:35
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
05 Oktyabr 2026 13:05


Bakı -°C

