SON DƏQİQƏ:

Sabirabad sakinindən 3 kiloqramdan artıq narkotik götürüldü - FOTO

  29769   |  
Şriftin ölçüsü  

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qalaqayın kənd sakini Qasım Orucovun yeri müəyyən edilərək Polis Şöbəsinə gətirilib.

Davam etdirilən tədbirlərlə Q.Orucovun həmin kənd ərazisində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidə karton qutularda gizlətdiyi 3 kiloqramdan artıq qurudulmuş marixuanada aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK