adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Yanvar 2021 10:38
19405
DÜNYA
A- A+

“Ermənistan Rusiyanın protektoratına çevrildi” - Koçaryan

Ermənistanın hazırkı hakimiyyəti ölkəni Rusiyanın hərbi-siyasi müttəfiqindən onun protektoratına çevirdi.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryan yerli KİV-lərə müsahibəsində bildirib.
O deyib ki, bunu əvvəllər İrəvanda Rusiya səfirliyi qarşısında rus hərbi bazasının Ermənistandan çıxarılması tələbi ilə aksiyalar keçirən insanlar etdilər.

“Hərbi və siyasi müttəfiqdən Ermənistan Rusiyanın protektoratına çevrildi. General Muradovun (Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov - red) təhlükəsizliyin təmin edilməsində silahlı qüvvələrin ali baş komandanından daha böyük rolu var", - deyə Koçaryan əlavə edib.

O, Ermənistanın müharibədən sonra zəiflədiyini bildirib.

"İndi o qədər zəifik ki, hər hansı bir qonşu ölkə bizi ələ keçirə bilər. Bu, bir həqiqətdir. Ermənistan Sünik (Zəngəzur) bölgəsini yalnız Rusiya hərbi bazasının olması və Ermənistan-Rusiya razılaşması sayəsində itirmədi”.

Koçaryan vurğulayıb ki, yenidən Rusiyanın hərbi-siyasi müttəfiqinə çevrilmək üçün hər şeyi etməliyik.