adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Yanvar 2021 14:48
85379
GÜNDƏM
A- A+

ÜRƏYİ AĞDAMLA DÖYÜNƏN OĞLAN 

Bu nur üzlü oğlan Burzu Əliyevdir. Aşıq Valehin, general Murtuz Quliyevin, Qurban Pirimovun, Abdal Qasımın, Sara Qədimovanın, Aşıq Xaspoladın, Səxavət Məmmədovun, Rəmişin, qarmonçu Şakirin, şair Abdal Qəhrəmanın doğulduğu kənddə – Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub.

Sonra necə olubsa azıb gedib çıxıb Ukraynaya. Və burda nazir postunacan yüksəlib. Hazırda Kiyevdə böyük bir dövlət şirkətinin vitse-prezidentidi. Xeyriyyəçiliyi ilə tanınır. Ukrayna-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsində öz töhfəsini verib və verməkdədir.

Bakıya gəlib Filarmoniyada Səxavət Məmmədovun möhtəşəm bir yubileyini keçirmişdi. Unudulmaz sənətkarın mahnılarından ibarət diskləri öz hesabına hazırladıb təmənnasız olaraq həm yubileyə gələnlərə, həm də ürəyi yubiley tədbirində olub gələ bilməyənlərə bağışlamışdı.

Şair Qulu Ağsəsin də ən yaxın dostudu.

Yanvarın 20-də 56 yaşı tamam oldu. Həmin gün məlum səbəbdən təbrik eləmədik. İndi təbrik edirik. Uzun ömür, can sağlığı arzulayırıq.

İnşallah, tezliklə Ağdamda, Abdal-Gülablıda görüşərik və Səxavət Məmmədovun da məzarını birlikdə ziyarət edərik.

Aqil ABBAS