adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Yanvar 2021 16:51
17359
MƏMLƏKƏT
A- A+

Çox qəribə ölkədə yaşayırıq - Səxavət Məmməd yazır

Whatsapp açıqladı ki, gizliliyi paylaşacam, hamı tənqid etdi, hər gün bildiriş gəlir ki, filankəslər Teleqram və Siqnala qoşuldu, ancaq yenə mesajı Whatsappdan yazırlar.

Pandemiya dövründə Səhiyyə naziri yoxa çıxır, vaksinlə birlikdə ortaya çıxır.

Müharibədən əvvəl Müdafiə nazirliyini tənqid edəndə deyirdilər, erməni görür, indi də yazanda deyirlər, qalib gəlmişik, yazmaq olmaz.

Dünyada alimlər virusdan çıxış yolu üstündə baş sınıdırdı, bizim AMEA alimlərə koronavirusla bağlı şeir yazmağı tapşırmışdı.

İcra hakmiyyətinin ictimayətlə əlaqələr şöbəsinə zəng edib mövqe öyrənirsən, yazı çıxır, aradan biraz keçir həmin şəxs zəng edib deyir ki, icra başçısımənə dedi, sən kimsən açıqlama verirsən, rayonun yiyəsi mənəm, məni başa düş də, qardaş, yazı bizim mövqeyiiz olmadan getsin.

Qurumun mətbuat xidmətinə zəng edirsən, cavab vermir, yazı çıxandan sonra zəng edir ki, niyə mövqe öyrənmədən yazmısınız? Deyirsən, telefonuna bax, 5 dəfə zəng etmişəm, deyir, başqa işlərimiz var...

Ölkədə adamın havalanmağı üçün kefiniz istəyən münbit şərait var.