adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Yanvar 2021 19:00
18274
GÜNDƏM
A- A+

Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Belçikanın Antverpen beynəlxalq limanının treninq mərkəzi ilə anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, sənəd Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və Antverpen beynəlxalq limanının direktoru Mario Livens tərəfindən imzalanıb.

Memorandum hər iki qurumun treninq mərkəzləri arasında peşəkar kadrların hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur.

Bundan başqa, Antverpen limanının treninq mərkəzi ətraf mühitin və əməyin mühafizəsi, innovasiyalar və rəqəmsallaşma, ticarət və əməliyyat prosesləri mövzuları üzrə məşğələlər keçəcək.

Qeyd edək ki, Antverpen limanı Avropanın ikinci ən böyük limanıdır.