adalet.az header logo
  • Bakı 7°C
14 Yanvar 2021 14:51
76913
MARAQLI
A- A+

Hansı meyvələrdən hazırlanmış mürəbbələr daha faydalıdır?- Təbii “dərmanlar”

Soyuq qış aylarında süfrəmizdə şoraba, turşu qədər də sevilən mürəbbələrin olması təəccüblü deyil. Qədimdən qalmış məsələ görə”Yayın yaxantısı qışın yavanlığıdır” boş yerə deməyiblər. Yayda süfəmizi dolduran meyvələrin tamını qışda da dadmaq istəyirik. Bunun üçün də onları bişirib  mürəbbə halında balonlara yığıb qışa saxlamaq çoxdanın adət -ənənəsidir.   Çaylarımızın yanında ,yaxud, səhər qəlyanaltılarında çiy yağla çörəyin üzərinə sürülüb yeyilən mürəbbənin möhtəşəm dadını hamınız bilirsiniz. Bundan başqa əziz oxucular, bəzi mürəbbələrin bir çox xəstəliklərə xeyirli olduğunu bilirdinizmi? 
 

Bilməyənlər bu məqaləni sona qədər oxusun, bilənlər isə növbəti dəfə təkrarlasın.


 Möcüzə mürəbbələr

Moruq mürəbbəsi – Moruq antosiyaninlərlə zəngindir. Bu antosiyaninlər antioksidant rolunu oynayaraq sərbəst radikallarla mübarizə aparmağa və iltihabı azaltmağa kömək edir. Ürək-damar xəstəliklərin qarşısını alan böyürtkən C vitamini baxımından zəngindir. Tədqiqatlar göstərir ki, gündəlik C vitamini qəbulu arteriosklerozun (ateroskleroz) inkişafını ləngidə, infarkt və insult kimi ürək-damar problemləri riskini azalda bilər. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır, iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır.

 

Əncir mürəbbəsi-Ehtiva etdiyi yüksək lif nisbəti sayəsində həzmi sürətləndirər və asanlaşdırar. Bağırsaqları yumşaldır. Qəbizliyi aradan qaldırar. Bədənə qüvvət və enerji verir. Fiziki və zehni yorğunluğu aradan qaldırar. Halsızlığa və unutqanlığa yaxşı gəlir. 

Zoğal mürəbbəsi – Soyuqdəymənin bir nömrəli dərmanı dedikdə ağıllara ilk öncə zoğal mürəbbəsi gəlir. C vitamini ilə zəngin olan zoğal soyuqdəymə ilə yanaşı damarları möhkəmləndirir, onların elastikliyini qoruyur, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir. Bundan başqa, sidik kisəsi, sidik yolları iltihabları zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Ümumiyyətlə zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir.

Heyva mürəbbəsi – həkimlərin xüsusilə vərəm xəstəliyi üçün tövsiyə etdiyi şəfalı bir qidadır. Bu mürəbbə ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır. Norveçli alimlər tərəfindən xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu sübut olunan heyva mürəbbəsi, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Təbii bir antibiotikdir, qanı təmizləyir, xəstəlikləri sağaldır və orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bundan başqa bağırsaqları təmizləyərək həzm sistemini yaxşılaşdırır.
Albalı mürəbbəsi - sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir.

Alma mürrəbbəsi - ürək bulanmaya qarşı yaxşıdır, ürək və mədəni qüvvətləndirir.


Qabaq mürəbbəsi- bal və şəkərlə hazırlanır. Bal ilə hazırlanan mürəbbə cinsi həvəs artırır, bədəni kökəldir, qəbizliyə kömək edir. Bədən tərəfindən çox məsrəf olunandır, daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazırlanan mürəbbə təmiz qan yaradır. Sinə ağrısını, öskürəyi, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır.

Püstə mürəbbəsi - ürək, mədə, qaraciyər və beyni möhkəmləndirir.

Gül mürəbbəsi- İshalı kəsər. Badamcıq və boğaz iltihablarını aradan qaldırar.  Mikrob öldürücüdür.

 Əntiqə Rəşid