SON DƏQİQƏ:

Küveyt hökuməti istefaya getdi

  7590   |  
Şriftin ölçüsü  

Küveyt əmiri Şeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin Baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabahı Havli şəhərindəki Bəyan Sarayında qəbul edib.

Küveytin rəsmi agentliyi KUNA-nın xəbərinə görə, baş nazir hökumətin istefasını əmir Şeyx Nevvafa bildirib.

Keçən həftə Küveytdə millət vəkilləri “konstitusiya pozuntuları, hökumətin iş proqramının çatdırılmasını təxirə salma və qanunvericiliyə təsir etməyə çalışma” kimi mövzularla əlaqədar parlamentə baş nazir əl-Sabahın əleyhinə etimadsızlıq təklifi veriblər.

Təklifdən sonra kabinet üzvləri istefa ərizəsini dünən Baş nazir Şeyx Sabaha təqdim ediblər.

Küveytdə yeni hökumət keçən ay keçirilən ümumi seçkilərdən sonra 14 dekabr 2020-ci ildə vəzifəyə başlayıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK