SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: KAMAL ABDULLA ƏRMAĞANI

  71573   |  
Şriftin ölçüsü  

Bu günlərdə Azərbaycanın dəyərli alimi, böyük söz ustası və həm də Azərbaycanın dünya çapında tanınan yazıçısı Kamal Abdullanın 70 yaşı tamam oldu. Bu yubiley münasibətilə Kamal müəllimin ünvanına, özü də haqqına, içdən gələn sevgilərlə bir-birindən səmimi, məntiqli və tutarlı yazılar gəlmişdi. Həmin yazıların müəyyən qismini ölkə mətbuatında izləmək mənə də nəsib oldu. Açığını deyim ki, Kamal Abdullanın qələmindən çıxan yaradıcılıq məhsullarının demək olar ki, əksəriyyətini oxumuşam. Onun şeirlərilə də baş-başa qalmışam, povestlərilə də, esselərilə də... Bütün bunlar mənə o qədər doğma gəlib ki, müəllifin sözün birbaşa mənasında fanat oxucularının sırasında özümü görmüşəm. Məhz bu səbəbdən də Kamal müəllimlə bağlı səslənən, kağıza köçürülən, dövriyyəyə çıxarılan hər bir fikri həm sayğı, həm də maraqla oxumaq, bu fikirləri müqayisəli şəkildə özümünküləşdirməkdən də çəkinməmişəm. Düşünmüşəm ki, Azərbaycanın sevilən müəlliflərindən birinin oxucusu olmaq, onun yaradıcılığı barədə az qala hər şeyi bilmək heç də günah deyil.

Bu yaxın günlərin söhbətidi. Redaksiyada çalışdığım zaman hörmətli professorumuz Kamal Abdullanın aftoqrafıyla mənə göndərdiyi ərmağanını ilin ən samballı hədiyyəsi kimi qəbul etdim. Açığını deyim ki, bu hədiyyə ilə bağlı elektron mediadan müəyyən bilgilər əldə etmişdim. Amma müəllifin hədiyyəsini almaq təbii ki, tamam fərqli bir sevincdir. Ona görə də həmin gündən başlayaraq, Kamal müəllimin bu samballı yazıçı ömrünün ifadəsi olan, az qala mənə divan kimi görünən kitabı oxumağa başladım.

 

Kitabı çapa hazırlayanların yazdıqları giriş, ön sözü oxuduqca Azərbaycan yazıçısının yaradıcılıq dünyasının nə qədər zəngin olduğunu, onun bir ədəbiyyat adamı, bir alim kimi hansı dərinliklərə işıq saldığını görmək, izləmək olur. Burada bir məqam da mənə azərbaycanlı olaraq ona görə xoş gəldi ki, Kamal müəllim haqında fikir söyləyənlərin həm milli, həm də coğrafi çevrəsi çox genişdi. Yəni çağdaş Azərbaycan ədəbiyyatının sayılıb-seçilən təmsilçisi barəsində müxtəlif xalqların nümayəndələrinin fikirlərini bir kitabda oxumaq həqiqətən təqdirəlayiq işin ortaya qoyulması deməkdir. Bax elə ön sözdə də deyildiyi kimi, qardaş Türkiyədə bir Azərbaycan yazıçısının, bir Azərbaycan elm adamının 70 illiyi münasibətilə, özü də ilk dəfə olaraq bu cür samballı kitabın çap edilib müəllifə ərmağan edilməsi elə Kamal müəllimin oxucuları üçün də ərmağandı. Söylədiyim bu fikrə kitabın ön sözündə də rast gəldim və bir anlıq düşündüm ki, oxucu sevgisinin də, oxucu ürəyinin də bir-biriylə bağlantısı var imiş.

Barəsində söz açdığım kitab “Mitolojinin Elçisi Kamal Abdulla Armağanı” adlanır. Böyük həcmli bu kitabda Kamal Abdullanın yaradıcılığı barəsində söylənilən fikirlərin demək olar ki, hamısının mərkəzində bir Azərbaycan yazıçısının, bir Azərbaycan elm adamının milli dəyərlərə söykənən məntiqi, həmçinin dünya fikir tarixinin ortaya qoyduğu bütövlüyün, yəni olmuşdan olacağa qədər gələn yolun görünən-görünməyən cizgiləri dayanır. Burada “görünən-görünməyən” fikrini ona görə xüsusi vurğulayıram ki, Kamal Abdulla qələmi, Kamal Abdulla işığı çoxumuzun görmədiyini, bilmədiyini də aydınlığa çıxarır.

Kitabla bağlı bu informasiya xarakterli yazıda bir məqama da toxunmaq istəyirəm. O da kitabın tərtibatıdı. Yüksək peşəkarlıqla tərtib olunmuş kitabdakı yazıların ardıcıllığı, həmçinin buradakı fotolar kitabın oxucusunu yormur. Bu mənada mən bir daha Kamal müəllimə ərməğan olunmuş kitabın oxucusu və o ərmağandan yubilyar vasitəsilə yararlanmış Allah bəndəsi kimi dərin təşəkkürümü bildirir, ona uzun ömür və daha böyük uğurlar arzu edirəm. Düşünürəm ki, dünyanın böyük ədəbiyyat bilicilərinin ədalətli yanaşmasıyla Azərbaycan yazıçısını layiq olduğu ədəbiyyat üzrə ən böyük mükafatçılar sırasında görəcəyik.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK