adalet.az header logo
  • Bakı 19°C
13 Yanvar 2021 16:34
20916
SİYASƏT
A- A+

Putinlə Ərdoğan Qarabağla bağlı 11 yanvar görüşünü müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Adalet.az-ın məlumatına görə, Kremlin yaydığı məlumatda bildirilir ki, Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü barədə Ərdoğanı məlumatlandırıb.

Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.