SON DƏQİQƏ:

Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir - Agentlik direktoru

  7672   |  
Şriftin ölçüsü  

“Jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək.

Trend-in məlumatına görə, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var.

Ə.İsmayılov əlavə edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Agentlik tərəfindən həyata keçiriləcək tədbirlər bundan sonra onlyan, çap audioviziual media subyektləri üzrə əhatə edəcək.

Ə.İsmayılov bildirib ki, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisasartırması xüsusilə qeyd edilməlidir.

Agentlik sədri qeyd edib ki, jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. İkinci istiqamət hazırda jurnalitikada fəaliyyət göstərən jurnalist həmkarların ixtisasartırılmasının təmin olunmasıdır. Bunun üçün həm ölkənin mövcud kadr və infrasturktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda xaricdən mütəxəssislərin cəlbi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK