adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Yanvar 2021 19:19
55683
ŞOU-BİZNES
A- A+

Ebru Gündəşin pulları batdı, 75 min TL-sini qaytarmadılar

Ötən il qızı ilə birgə Qanlıcadan Kəmərburqaza köçən Ebru Gündəş Beykozda ev axtarmağa başlayıb.

Adalet.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, kirayə bir ev tutan Gündəş 75 min TL ödədikdən sonra qərarından imtina edib. Sənətçi ani qərar verməklə kirayə üçün ödədiyi 75 min TL-sindən də olub.

Son olaraq "O səs Türkiyə"də yeni il çəkilişlərində görünən Ebru Gündəş 1 il öncə 9 yaşlı qızı ilə birgə Qanlıcadakı villasından köçmüşdü. Yolunu Kəmərburqazdan salmış, meşədə dəyəri 13 milyon TL olan villa almışdı. Müğənni orada da rahatlıq tapmayınca başqa bir ev axtarışına çıxıb.

Bu dəfə ev almaq əvəzinə kirayə ev seçən müğənni keçən həftə Beykozda zövqünə uyğun bir ev tapıb. Aylğı 65 min TL-yə razılaşan Ebru Gündəş ilkin məbləğ olaraq 75 min TL ödəniş etdikdən sonra müqaviləyə imza atmaqdan imtina edib və kirayələdiyi evə köçməyib. İmtina edincə isə verdiyi 75 min TL-də batıb. Gündəşin ödədiyi pulu ona geri qaytarmayıblar.

Rövşən Tahir