adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Yanvar 2021 10:56
34605
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Xəyalın görünən üzü

("Özümə təsəlli" dəftərindən)

 

Məni yuxuda görmüsən -

Şükür, yuxun perikməyib...

Elə yuxuda bilmisən -

Həsrətimiz yerikləyib...

 

Görmüsən ...qaçıb - qovuram

Qayıqdan düşürəm suya...

Ovcumu açıb, yumuram -

Kimsə bir dasmcı qan qoya...

 

Görmüsən ... özüm deyiləm

Tükənib . dözüm ! - deyilən...

Canımdakı son heyinən -

Ruhum sənə görükməyib...

 

İndi bəxt çiçəyi tərdi

Çiçək, üstünə şeh sərdi...

Sən gülən görəndə dərdi -

Onu bil, ah körükləyib...

 

...Məni yuxuda görmüsən

Səssiz sənə toxunmuşam...

Gəldin.... ? - adımı demisən -

Oyanmısan... yox olmuşam...