adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2020 15:01
28383
SİYASƏT
A- A+

“Qarabağın kimə məxsus olması BMT qətnamələrində göstərilib” - Peskov


Rusiya digər ölkələr kimi Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib.

Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu ərazinin kimə məxsus olması Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə çoxdan müəyyənləşdirilib. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç nəyi dəyişməyib. Əslində heç bir ölkə dəyişmədi", - deyə Peskov müharibədən və atəşkəs razılaşmasından sonra Qarabağın statusu məsələsində Rusiyanın münasibətində hər hansı dəyişikliyin ola bilməsi sualını cavablandırarkən deyib.

"Prezident Putin Qarabağın özü-özünü tanımadığını, hətta Ermənistan tərəfindən də tanınmadığını söyləyib. Prezident bu barədə danışıb”, - Kreml sözçüsü əlavə edib.