SON DƏQİQƏ:

Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək - FOTO

  13448   |  
Şriftin ölçüsü  

26 noyabr 2020-ci il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Kim Tonq Op Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub və “2020-ci il Qaçqın və Məcburi Köçkünlərə Dəstək Tədbiri” çərçivəsində qaçqın və məcburi köçkünlərə çatdırılacaq yardım məhsullarını təqdimetmə mərasimində iştirak edib.

Koreyanın Azərbaycandakı Səfirliyindən Adalet.az-a bildirilib ki, səfir komitə sədri Rövşən Rzayevlə görüşü zamanı Koreyanın da bölünmə tarixini yaşadığından 10 milyona yaxın qaçqının olduğunu və bu səbəbdən qaçqın və məcburi köçkünlərin çətinliklərini çox yaxşı başa düşdüyünü qeyd edib.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2014-cü ildən başlayaraq hər il Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş şəxslərə dəstək tədbirləri həyata keçirir.

Səfirlik 2019-cu ildə Qaradağ rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş Qobu Park yaşayış kompleksinə səfər edərək sakinlər üçün könüllü tibbi xidmət, şagirdlər arasında inşa müsabiqəsi, məktəbin texniki avadanlıqlarla təmini, məcburi köçkün ailəsinə ziyarət kimi dəstək tədbirləri təşkil etmişdir. Ancaq bu il pandemiya ilə əlaqədar olaraq yardım məhsullarının təminatı ilə kifayətlənməli olmuşdur.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi qaçqın və məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirməyi planlaşdırır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24
2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK