adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Noyabr 2020 23:00
31307
İDMAN
A- A+

“Neftçi”nin aparıcı futbolçusu koronavirusa yoluxdu

“Neftçi”nin kapitanı Emin Mahmudov koronavirusa yoluxub.

Bu barədə “Neftçi” klubundan Oxu.Az-a məlumat verilib:

“Emin Mahmudov və Ömər Buludov test verib. Emində testin nəticəsi pozitiv, Ömərdə isə neqativ çıxıb. Bundan başqa, komandada heç kimdə yoluxma halı aşkarlanmayıb. Bununla belə, Azərbaycan Premyer Liqasının X turunda iki gün sonra Qəbələdə yerli komanda ilə oynayacağıq. Buna görə də test vermişik. Testin nəticəsi bilinəndə açıqlanacaq”.

Qeyd edək ki, Təmkin Xəlilzadə (“Sabah”), Rahil Məmmədov və Maksim Medvedev (hər ikisi “Qarabağ”) millimizin düşərgəsində olduğu vaxt koronavirusa yoluxub. Bu üzdən ilk iki futbolçu hazırda Xorvatiyada, millinin və “Qarabağ”ın kapitanı Maksim Medvedev Lüksemburqda otel rejimində karantin keçirir.