adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Noyabr 2020 20:22
63058
KRİMİNAL
A- A+

Bakıda avtomobil oğurluğu edən şəxslər saxlanıldı

Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Şöbəsi (RP) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də K.Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Abbasov və əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların Sabunçu və Binəqədi rayonu ərazisindəki iki mağazadan ümumilikdə 60 manat pul, 7 500 manat dəyərində spirtli içki, tütün məmulatı, danışıq kartları, Səbail rayonu ərazisində “KİA” markalı avtomobildən cibində 2 000 manat pul olan gödəkcə oğurlamaları, habelə Binəqədi rayonu ərazisindəki ofislərin birindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.