SON DƏQİQƏ:

Şuşada  dalğalanacaq  bayrağımız

  37674   |  
Şriftin ölçüsü  

Son günlərin hadisələri artıq dünya ictimaiyyətinə məlumdur. Azərbaycan torpağında müharibə gedir. Sentyabr ayının 27-i səhər saatlarından başlanan  bu müharibə düşmən təxribatı nəticəsində başlayıb. Dəfələrlə təxribatlar törədən və hər dəfə də bu təxribatları atəşkəsin pozulması kimi dəyərləndirən ATƏT-in Minsk qrupunun kölgəsində öz işğalçı siyasətini həyata keçirən Ermənistan cəzasızlıqdan daha da həyasızlaşırdı. Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, "Erməni təxribatları, erməni həyasızlığı elə bir həddə gəlib çatmışdı ki, mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim. Amma görünür ki, bu, onlar üçün dərs olmadı...".

Bəli, xəbərdarlıqlardan nəticə çıxarmayan, əksinə, danışıqlar xatirinə danışıqlar aparan və hər dəfə də özlərinin həyasız təklifləri, şərtləri, bəyanatları ilə yalnız prosesin ömrünü uzatmağa çalışan Ermənistan  27 sentyabr 2020-ci il tarixinin onlar üçün sərt bir təpgi olacağını, ciddi bir dərs olacağını ağıllarına belə gətirmirdilər.

Çünki onlar arxalandıqları güclərin kölgəsində özlərini Dağlıq Qarabağın işğal olunmuş torpaqlarımızın sahibi kimi hiss edirdilər. Amma bu istəkləri, bu vəhşilikləri, bu özlərindən müştəbeh olmaları 27 sentyabrdan sona çatdı. İndi onlar həmişə büründükləri məzlum, yazıq, kimsəsiz donlarını yenə ortaya səriblər. Və hay-həşirlə, göz yaşlarıyla dünyanı yanlış səmtə yönəltməyə, öz cinayətlərini gizlətməyə çalışırlar. Lakin Azərbaycanın Ali Baş Komandanının qətiyyəti, ordumuzun rəşadəti öz sözünü deyib.

Belə ki, sentyabrın 27-də xalqımıza müraciət edən Ali Baş Komandanımız cənab İlham Əliyev vurğulamışdı ki, "Ermənilərin hərbi siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı. Yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistanın hərbi siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və sosial məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaqdır".

Özünün müraciətində Ali Baş Komandan birmənalı şəkildə vurğuladı ki, Ermənistanın törətdiyi bu təxribat iyun ayında Tovuz istiqamətində törədilərn təxribatın davamıdır. Çünki həmin təxribatda da düşmən artilleriya atəşləri ilə hərbçilərimizi, mülki şəxslərimizi həlak etdilər.

Bu gün də onlar dinc sakinləri, mülki obyektləri, evləri atəşə tuturlar. Biz törədilən cinayətin xronikasına diqqət yetirəndə görürük ki, düşmən öz atəşləri ilə uşaqları, qadınları, ailələri məhv edir. Bu da Ermənistan rəhbərliyinin faşist maskasını açıq-aşkar sərgiləyir. Məlumdur ki, beynəlxalq konvensiyalara görə, beynəlxalq hüququn tələblərinə görə, dinc sakinlərə, mülki obyektlərə atəş açmaq ən ağır cinayətdir. Təəssüf ki, ermənilər həmişə olduğu kimi, bu gün də cinayət törətməkdən çəkinmir.

Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqımıza ünvanladığı müraciətdə onu da vurğulayıb ki, "Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndində demişdi ki, "Qarabağ Ermənistandır və nöqtə!". Birincisi, bu yalandır, Qarabağ Azərbaycandır! və mən bununla bağlı öz fikrimi dəfələrlə bildirmişəm. "Qarabağ Azərbaycandır və nida!". İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi".

Həqiqətən də Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində danışıqlar xatirinə danışıqlar 30 ilə yaxındır ki, aparılır.

Danışıqlar heç bir nəticə vermir. Çünki Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hətta öncədən masa üzərinə qoyulmuş mövzuları da, prinsipləri də görməməzliyə vurur. Son aylarda isə açıq-aşkar danışıqların Azərbaycanla qondarma Dağlıq Qarabağ Respublikası arasında aparılmasını ortaya atmışdılar.

Bax, bütün bunlar göstərirdi ki, Ermənistan növbəti təxribatlara hazırlaşır. Hətta bununla bağlı Azərbaycan prezidenti cənab İlham Əliyev Pakistanın ölkəmizdəki yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edərkən birmənalı şəkildə bildirdi ki, "Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün vasitələrlə Azərbaycanı müharibəyə çəkirdi. Nəticədə, yəni sentyabr ayının 27-si səhər saatlarında onların ölkəmizə qarşı bir neçə istiqamətdən silahlı müdaxilələri, ağır artilleriya atəşləri bizi məcbur etdi ki, əks hücumla onları susduraq. Bu gün də ordumuz düşməni işğal etdikləri ərazilərimizdən vurub çıxarıb. Biz hər zaman problıemin sülh yolu ilə həll edilməsinin tərəfdarı olmuşuq. Amma düşmən nəinki normal danışıqların aparılmasının tərəfdarı olub, əksinə, onlar ərazilərimizdə qeyri-qanuni məskunlaşmalar aparıblar. İşğal etdikləri bölgələrin infrastrukturunu məhv ediblər. Bu gün biz torpaqlarımızı azad etməklə məşğuluq. Bizim Ermənistan ərazisində iddiamız yoxdur, Ermənistan ərazisində heç bir hədəfi də nişan almamışıq".

Azərbaycan xalqının bu günlərdə yaşadığı sevinc hissi ordusuna güvəndən və Ali Baş Komandana olan inamdan qaynaqlanır. Çünki səngərlərdə böyük rəşadət qazanan ordumuz xalqımızın Böyük Vətən Müharibəsinin qələbə səlnaməsini yazır. Müxtəlif bölgələrdə azad edilən kəndlərimiz, yaşayış məntəqələrimiz, ordumuzun nəzarəti altına keçən yüksəkliklər, məhv edilən silah və sursatlar, düşmən əsgər və zabitləri yazılan bu səlnamədə bizim yaxınlaşan qələbəyə böyük inamımızın göstəricisidir.

Ali Baş Komandanımızın 29 sentyabrda Rusiyanın "60 dəqiqə" telekanalına verdiyi müsahibədə də verdiyi müsahibədə də vurğuladığı kimi, "Biz ölkəmizin müəyyən ərazilərində hərbi  vəziyyətlə yanaşı, qismən səfərbərlik də elan etmişik. Bizim ordumuzun işğal olunmuş torpaqlarımızı azad etməyə hər cür imkanı var. Və biz də bu işi uğurla başa çatdıracağıq".

Bəli, bu, Ali Baş Komandanımızın açıq-aşkar ortaya qoyduğu mövqedi, bu, xalqımızın mövqeyidi, bu, ordumuza inamın göstəricisidir. Bu inamdan çıxış edərək əminliliklə bildirmək istəyirəm ki, ermənilər çox yaxın zamanda Şuşada dalğalanacaq 3 rəngli bayrağımızın altında  məğlubiyyətlərini etiraf edəcək və Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə bərpa olunacaqdır. Həmin gün Böyük Vətən Müharibəmizin BÖYÜK QƏLƏBƏ GÜNÜ olacaqdır!

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK