SON DƏQİQƏ:

Ermənilər ölkəmizi dəstəkləyən niderlandlı deputatı təhdid edir

  12366   |  
Şriftin ölçüsü  

Azərbaycan Ordusunun erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları aparması və öz ərazi bütövlüyünü bərpa etməsi bir sıra ölkələrdə dəstəklənir. Artıq əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da birmənalı mövqe sərgiləyərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər.

Axar.az xəbər verir ki, belə deputatlardan biri Niderland Parlamentinin üzvü Tunahan Kuzudur.
Ermənilər niderlandlı deputatı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün təhqir və təhdid etməyə başlayıblar. Niderland Parlamentində “Qarabağ Azərbaycanındır”, “Ermənistan ordusu Azərbaycanın işğal etdiyi torpaqları tərk etməlidir” kimi fikirlər səsləndirən deputat Tunahan Kuzuya qarş ermənilər tərəfindən kampaniya aparılır.

Bununla bağlı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, Tunahan Kuzu məhz “Qarabağ Azərbaycandır” ifadəsinə görə ciddi təhdidlərlə üz-üzə qalıb:
“Tunahan Kuzu öz feysbuk səhifəsində də Azərbaycanı müdafiə edir. Minlərlə niderlandlıya beynəlxalq hüquqdan çıxış edərək, Qarabağ həqiqətlərini çatdırır. Bu səbəbdən ermənipərəstlər və erməni lobbisi deputata sosial şəbəkələrdə təhqir və böhtanlar yağdırırlar. Onun ünvanına nalayiq sözlər yazırlar”.

Xatırladaq ki, Tunahan Kuzu bu yaxınlarda Niderland Parlamentində Azərbaycanın əleyhinə hazırlanan qanun layihəsinin qarşısının alınmasında fəal rol oynamışdı. O, faktlarla çıxış edərək qanun layihəsinin gerçəkləşməsinə imkan verməyib.

Onu da qeyd edək ki, ermənilər Azərbaycanın haqlı mövqeyini, reallığı dünyaya çatdıran şəxslərə qarşı terror və hədə dili ilə danışırlar. Bir neçə gün öncə fransız jurnalistlər də oxşar vəziyyətlə üzləşiblər. Fransanın “TF1” telekanalının jurnalistləri Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərindən reportaj hazırladıqlarına görə ölümlə hədələniblər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK