SON DƏQİQƏ:

Fuad Muradov Azərbaycan diasporuna müraciət etdi

  12673   |  
Şriftin ölçüsü  

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporuna müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda atdığı qətiyyətli addımlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinə səbəb oldu.

Təxminən 30 il işğalçıların tapdağı altında qalan ərazilərdə tədricən Azərbaycan bayrağı dalğalanır. Beləliklə, Azərbaycan dövləti ərazi bütövlüyünün tamamilə bərpasına doğru gedir.

Şübhəsiz ki, hadisələrin bu gedişatı bütün beynəlxalq normaları pozaraq özünü Dağlıq Qarabağda və Ermənistanda “qanuni hakimiyyət” elan edən kukla rejimi arasında çaxnaşmaya səbəb oldu.

Bütün bunların fonunda erməni tərəfi barbar, qeyri-insani addımlar atır, dinc Azərbaycan şəhərlərini və mülki obyektləri atəşə tutur. Cinayətkar rejimlərin bu addımları, əminliklə “Qarabağ Ermənistanındır” bəyanatını verən antiazərbaycan ideoloqlarının aqoniyasından xəbər verir.

Eyni zamanda, rəsmi beynəlxalq təşkilatlar da daxil olmaqla, bütün dünya ictimaiyyəti erməni cinayətkarlarının Gəncə istiqamətindəki terror hücumlarını birmənalı şəkildə pislədi.

Beləliklə, erməni tərəfi yalnız hərbi deyil, ideoloji cəbhədə də məğlub olur. Azərbaycanın mövqeyinin (atdığı addımların) qlobal səviyyədə düzgün anlaşılması və dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti nəticəsində baş verir.

Bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini və onların “tərifli” diasporunu həyəcanlandırmaya bilməz.

Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndlərini həyata keçirməsi təəccüblü deyil.

Bu qanunsuz aksiyaların məqsədi sonradan Azərbaycan tərəfini cinayət hərəkətlərində ittiham etmək üçün azərbaycanlıları müəyyən addımlara təhrik etməkdir. Sözügedən müstəvidə öz cinayətkar ideyalarının həyata keçirilməsinə üçüncü qüvvələri cəlb edə biləcək ermənilərin təxribatlarına uymamaq çox vacibdir.

Buna görə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi sayıq olmağa, yalnız yaşadığınız ölkələrin qanunları çərçivəsində fəaliyyət göstərməyə və lazım olduqda hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.

Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK