adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Sentyabr 2020 19:45
32703
DÜNYA
A- A+

İran rəsmisi: “Rusiya hərbi texnikasının İran ərazisindən Ermənistana ötürülməsi həqiqətə uyğun deyil”

Şərqi Azərbaycan vilayətinin rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu Rusiya hərbi texnikasının Şərqi Azərbaycan vilayəti ərazisində yerləşən Norduz sərhədindən Ermənistana ötürülməsi iddiasını qeyri-real adlandırıb.

O, İRNA-ya açıqlamasında əlavə edib:

“Son günlərdə bəziləri virtual məkanda şəkillər və videolar yayaraq, Şərqi Azərbaycan vilayətinin sərhəd-keçid məntəqələri vasitəsilə Rusiya hərbi texnikasının KamAZ” yük maşınları ilə Ermənistana göndərildiyini iddia ediblər, ancaq həqiqət budur ki, bu avtomobillərlə heç bir hərbi texnika daşınmayıb”.

“Kiberməkanda və sosial şəbəkələrdə yayılan görüntülər Ermənistanın Rusiyadan aldığı və İran ərazisindən keçən yük maşınlarına aiddir, lakin bir daha qeyd edirəm ki, həmin yük maşınlarında heç bir hərbi texnika yoxdur”, - o vurğulayıb.

Şərqi Azərbaycan vilayətinin rəsmisi əlavə edib:

“Bununla belə, hər hansı anlaşılmazlığın və ya mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə, Rusiyaya məxsus yük maşınlarının Nodruz gömrüyündən Ermənistana hərəkəti dayandırılıb”. 

Onun sözlərinə görə, hazırda həmin yük maşınları müvafiq və dəqiq yoxlamalar aparılması üçün Norduz gömrükxanasının dayanacağına yerləşdirilib.

Qeyd edək ki, son sutkada Təbrizdən 190 kilometr şimal-qərbdə yerləşən Norduz terminalından Rusiyanın “KamAZ” yük maşınlarının Ermənistan tərəfə keçməsi ilə bağlı video və fotolar yayılıb və həmin yük maşınlarının Rusiya hərbi texnikasını Ermənistanın Azərbaycanla döyüş cəbhəsinə daşıdıqları iddia edilir.