adalet.az header logo
  • Bakı 13°C
27 Sentyabr 2020 22:09
18090
DÜNYA
A- A+

Ukraynanın ən böyük aviaşirkəti Qarabağdakı vəziyyətə görə İrəvana uçuşları dayandırdı

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Azərbaycanla Ermənistan arasında münasibətlərin kəskinləşməsi səbəbilə İrəvana reysləri ləğv edir.  

Bu barədə şirkətin “Facebook” hesabında məlumat yayılıb.

Sözügedən qərar şirkətin mütəxəssislərinin təşkil olunmuş brifinqdə risklərin təhlilini aparmasından sonra qəbul edilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.