adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Sentyabr 2020 23:30
24632
İDMAN
A- A+

“Qalatasaray” hücumçusunu icarəyə verdi

“Qalatasaray” futbolçusu Yunus Akgünü icarəyə göndərib.

Adalet.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumçunu 1-ci liqa təmsilçisi “Adana Dəmirspor”a icarəyə verib.

Akgün mövsümün sonuna qədər Adana təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Yunus Akgün “Qalatasaray”ın öz yetirməsidir. O, 2018-ci ildən İstanbul təmsilçisinin əsas komandasında oynayır.