SON DƏQİQƏ:

Döyüş tapşırıqları yerinə yetirildi – Video

  10760   |  
Şriftin ölçüsü  

Müdafiə nazirinin təsdiq etdiyi 2020-cil üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, plana əsasən, həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilən bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Məşğələlərdə əsas məqsəd komandirlərin bölmələri idarəetmə bacarıqlarının praktiki yoxlanılması, onların döyüş, vəziyyəti qiymətləndirmə və yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbuletmə vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Praktiki məşğələlərə cəlb edilən bölmələrin şəxsi heyəti mühəndis qoşunlarında silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarının effektiv istifadəsi üzrə bacarıqlarını təkmilləşdirirlər.

Məşğələlər zamanı əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarından tətbiq edilməsinə yönəlib. Mühəndis yol bölmələri tərəfindən ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və digər tapşırıqlar da praktiki icra edilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK