SON DƏQİQƏ:

Azərbaycan İlahiyyat İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub

  11616   |  
Şriftin ölçüsü  

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub.

Aİİ-yə ödənişsiz əsaslarla həyata keçirilən qəbulda Dinşünaslıq ixtisası üzrə 36, İslamşünaslıq ixtisası üzrə 36 nəfər olmaqla, ümumilikdə, 72 abituriyentin qəbulu baş tutub. 2020/2021-ci tədris ili üzrə Dinşünaslıq ixtisasına minimum keçid balı 305, İslamşünaslığa isə 218 olub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan abituriyentlərin qeydiyyatı 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək elektron qaydada aparılacaq. Qeyd olunan sənədlər (https://bit.ly/3cserb9) skan olunaraq elektronlaşdırılmalı və [email protected] elekton poçt ünvanına göndərilməlidir.

Məlumat üçün bildiririk ki, 2020/2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna qəbul olub, amma qeydiyyatdan keçməyən abituriyentlər ixtisasları üzrə təhsil almaqdan imtina etmiş sayılırlar.

Nəzərə çatdırırıq ki, Azərbaycan İlahiyyat İnstitutu 2020/2021-ci tədris ili üzrə tələbə qəbulunu həyata keçirib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə aparılıb.

Əlavə suallarla bağlı aşağıdakı nömrələrlə (şənbə, bazar günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək) əlaqə saxlamaq mümkündür: (012) 510 65 45; 510 39 61 və (077) 457 77 32.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25
2020-10-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK