SON DƏQİQƏ:

Neftçaladakı içməli su probleminin həll olunacağı vaxt açıqlandı

  9414   |  
Şriftin ölçüsü  

Şirvan-Muğan qrup su kəmərindən Neftçalaya çəkilməli olan 44 km uzunluğundakı magistral su kəmərinin artıq 38 km-i quraşdırılıb. 

Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. 

O bildirib ki, ötən gün Cəmiyyətin rəhbərliyi Neftçala rayonunda görülən işlərlə yerində tanış olublar: 

“Ötən gün “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və sədr müavini Etibar Məmmədov Neftçala rayonunda olublar. Rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə işlərin gedişi müzakirə edilib, layihənin vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlar verilib.

Neftçala rayonunu içməli su ilə təmin edəcək kəmərin Kür çayı ilə kəsişmə nöqtəsində işlərə başlanılıb. Burada dəmir-betondan ibarət dayaqlar tikiləcək, onun üzərində estakada quraşdırılacaq və kəmər həmin estakadanın üzərindən (Kür çayının üstündən) aparılacaq.

Kəmərin böyük hissəsi - 38 km-i artıq çəkilib, eyni zamanda, Salyan rayonu ərazisində su anbarının tikintisinin də böyük hissəsi icra olunub. 

İşlər qrafikə uyğun şəkildə davam etdirilərsə, cari ilin noyabr ayında artıq su kəməri şəhərin mövcud şəbəkəsinə birləşdiriləcək. Beləliklə, Kür sutəmizləyici qurğularında emal olunan və Şirvan-Muğan qrup su kəməri ilə nəql olunan içməli su Neftçala sakinlərinə çatdırılacaq”. 

Xatırladaq ki, bu günə qədər Neftçala rayonuna verilən su birbaşa Kür çayından götürülüb, qismən təmizlənmiş formada əhaliyə verilirdi. Cari ilin yay mövsümündə Kür çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən yaranan su problemi də ən çox Neftçala rayonunda özünü göstərib. Artıq üç aydan çoxdur ki, Neftçala şəhəri və 30-dan artıq kəndə içməli su Salyan rayonundan maşınlarla daşınır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK