adalet.az header logo
  • Bakı 20°C
24 Sentyabr 2020 12:56
42308
HADİSƏ
A- A+

İsmayıllıda avtomobil dərəyə aşdı: Bir nəfər öldü

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, sentyabrın 23-də saat 21 radələrində İsmayıllı rayonunun Bizlan kəndi ərazisində Bakı şəhər sakini Azər Qədirlinin idarə etdiyi “Mitsubishi” markalı avtomobili dərəyə aşıb. Nəticədə A.Qədirlinin sərnişini olan anası Əliyyə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.