SON DƏQİQƏ:

"Rəsmi xəbərlərin qaynağı Müdafiə Nazirliyidir" - AÇIQLAMA

  17320   |  
Şriftin ölçüsü  

“21-ci əsrdə savaşlar yalnız isti təmas xəttində aparılmır. Media texnologiyalarının inkişafı, hazırda başqa müharibə növünü - “informasiya müharibəsini” ən aktual, ən vacib məqam kimi ortaya qoymaqdadır. Çox zaman sosial media alətləri vasitəsi ilə aparılan bu savaş, öz təsir gücü və əhatə dairəsinə görə geniş olur və təsadüfi deyil ki, bu gün artıq informasiya müharibəsi ilə bağlı yeni modellər öyrənilir və tətbiq edilir. Ölkəmizə qarşı da ciddi informasiya müharibəsi aparılır. Bu müharibənin yalnız düşmən ölkə tərəfindən olmasını düşünmək, təbii ki, sadəlövhlük olardı. Azərbaycan hər ciddi gücün hədəfində olacaq qədər vacib, əhəmiyyətli ölkədir: həm geosiyasi mövqeyi, həm da geoiqtisadi durmuna görə. Bura ölkəmizin artan və təsir dairəsini getdikcə genişləndirən siyasi nüfuzunu da əlavə etsək, o zaman mənzərə tam aydın olur. Əsasən düşmən ölkə, eləcə də bölgədə, ölkəmizdə marağı olan dövlətlərin xüsusi xidmət orqanlarının “süzgəcindən” keçmişlərin vasitəsi ilə aparılan bu informasiya müharibəsinin konturları bir çox məqamlarda bizə bəllidir. Lakin bu, əsla o demək deyil ki, biz arxayın olmalı və ya bu məqamlara ciddi əhəmiyyət verməməliyik. Torpaqlarımız işğal olunub, biz müharibə vəziyyətindəyik. Sadəcə bu həqiqət hər birimizə bəs etməlidir ki, daim ayıq, necə deyərlər, tətikdə olaq. Unutmaq olmaz: düşmən tərəfindən məxsusi olaraq yaradılan profillərdən müxtəlif məzmunlu və həqiqətlə heç bir əlaqəsi olmayan dezinformasiyalar və şəkillər yayılaraq, cəmiyyətdə ümidsizlik yaratmağa, insanlarımızın dövlətimizə, ordusuna olan inamını sarsıtmağa çalışırlar”

Bu sözləri Adalet.az saytına açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu söyləyib:

“Müharibə yalnız ön cəbhədə deyil, informasiya ilə də aparılır. İnanın, ikincisi birincisindən daha təhlükəli və miqyasına görə genişdir. Halbuki ən azı döyüşlərin getdiyi zamanlarda daha həssas, daha məsuliyyətli olmaq lazımdır. Bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə vəzifə düşür. Bu vəzifə bizim Vətənimiz qarşısında borcumuzdan qaynaqlanır. Düşmənlərimiz (Yalnız ermənilər deyil!) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, bilgi almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik. Dəfələrlə qeyd etmişik: “İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur”.

İnformasiya müharibəsi - beyinlərə yönəlik həmlədir. Hədəfi çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır. Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər erməni “fake (saxta)” səhifələri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik. Yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bu prinsiplərdən çıxış etməliyik. Elə isə, nə etməli?

1. Yalnız rəsmi qaynaqlardan alınan xəbərlərə inanmalı, paylaşmalıyıq. Müharibə ilə bağlı rəsmi xəbərlərin qaynağı isə Müdafiə Nazirliyidir;

2. Mənşəyi şübhə doğuran profil və səhifələrdə yayılanlara əsla etibar etməməli, paylaşmamalı, həmin səhifələri şikayət etməliyik;

3. Heç bir halda cəbhə xəttindən cəkilmiş və vizual olaraq hərbi texnika və əsgər mövqelərini zərrə qədər də olsa nişan verəcək vizual görüntüləri yayımlamamalıyıq. Çəkən və paylaşanlardan dərhal bu görüntüləri silmələrini tələb etməliyik;

4. Sosial mediada hər hansı fikir bildirmək, əsla bizi cəmiyyətimiz qarşısında daşıdığımįz sosial məsuliyyət hissindən azad etmir, bunu nəzərə almalıyıq. Unutmayaq, biz arxa cəbhəyik və arxa cəbhədə olan düzən bizim öndə düşmənlə üz-üzə dayanaraq qanı və canı bahasına savaşan əsgərimizə də öz təsirini göstərir”.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-22
2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK