SON DƏQİQƏ:

COVID -19-a görə yaxın beş il üçün bir neçə ssenari proqnozlaşdırılıb

  8344   |  
Şriftin ölçüsü  

ABŞ-ın Priston Universitetinin mütəxəssisləri önümüzdəki beş ildə koronavirus pandemiyasının inkişafı ilə əlaqədar dörd ssenari hazırlayıb.

Əsərin müəllifləri proqnozlarında təkrar infeksiya dərəcəsi, xəstəliyin gedişi, infeksiyanın nəticələri və s. daxil olmaqla bir sıra məsələləri nəzərə alıblar.

Bu barədə “Zvezda” xəbər yayıb.

İlk iki ssenaridə mütəxəssislər vaksinasiya olmayacağı halda vəziyyətin necə davam edəcəyi ilə bağlı ehtimallarını irəli sürüblər. Bu iki proqnozdan ən optimisti, təbii immunitetin daha uzun qalması və bununla əlaqədar yoluxma hallarının azalmasıdır.

Digər iki versiyada elm adamları vaksinasiyanı nəzərə alaraq peyvəndin yalnız qismən müdafiəni təmin edəcəyini, bununla belə, yoluxmanın dinamikasında və ona nəzarətdə əhəmiyyətli bir rol oynayacağını düşünürlər.

Mütəxəssislər həmçinin peyvənd sayəsində COVID-19 yoluxmalarının və ağır xəstələrin sayının azalacağına inanırlar.

Bundan başqa insan yaşının və xroniki xəstəliklərin mövcudluğunun gələcəkdə infeksiyanın yayılmasında həlledici rol oynamayacağı qənaətinə gəliblər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK