SON DƏQİQƏ:

“Allah Azərbaycan xalqını müğənnilərə möhtac etməsin” - Tolik od püskürdü

  153176   |  
Şriftin ölçüsü  

“Karantin bütün dünyada var. Siz deyirsiniz, Şəbnəm Tovuzlu açıqlamasında söyləyib ki, yığdıqlarımızı paylaşmışıq, indi heç nəyimiz yoxdur, toylara icazə verilsin. Bilirsiniz, Şəbnəm olmasın, olsun, Bülent Ersoy, Seda Sayan və digərləri, bunlar dövlət üçün önəmli deyillər. Ona görə onların danışığı da maraqlı deyil. Dövlət bu gün 10 milyonluq Azərbaycan xalqını düşünür. Fərdi olaraq nə Şəbnəm Tovuzlunu, nə də başqasını fikirləşmir ki, gedib toya, pul qazansınlar, sonra da gəlib 1000 manat xalqa pul xərcləsinlər, həmin 1000 manatı da xalqın başına vursunlar”.

Bu sözləri Adalet.az saytına açıqlamasında prodüsser Tarix Əliyev söyləyib:

“Kasıblara Şəbnəmdən 1000 dəfə çox paylayan müğənnilər var və tanınmayan insanlar var. Pandemiya dövründə həmin o məşhur olmayan insanların puluna mən kasıblar üçün 2 ev almışam. Elə həmin evlərin qiyməti 40 min manatdan çoxdur. “Bravo” marketindən 20 min manata yaxın alver edib kasıblara paylamışam. Yəni müğənnilər 1000 manatlıq yardım paylayıb 10 dənə səhifədə göstəriblərsə, camaat mənə zəng vurub deyib ki, adımız olmasın, sən get, çək, göstər. Müğənnilər düşünməsin ki, kasıblara yalnız onlar kömək elədi. Adının açıqlanmasını istəməyən şəxslər də elədi. Bir çox insanlar oldu ki, yardım etdilər. Moskvada 100 min evroya toya gedən müğənnilər var. Nikolay Baskov, Flipp Kirkorov kimi insanlar 100 min euroya gedirlər. Onlar çıxıb bir dəfə demədilər ki, toylar yoxdur. Bizim müğənnilərin 90 faizi, bilirsiniz, niyə bu gündədir? Çünki onlar konsert haqqında düşünmürlər. Bir müğənni söyləmədi ki, hər yer açılaydı və gözəl konsert verərdik. Onların düşüncəsi yalnız toydan ibarətdir. Fikirləşirlər ki, toy olmasa, sənət yoxdur. Bizim sənətkarlarımız var ki, illərlə toya getməyiblər. Bunu özlərinə ar biliblər ki, desinlər, toy yoxdur. Baxın, Xalq artisti Arif Babayev deyər, mən toylara gedirəm? Yaxud da Xalq artisti Mənsum İbrahimov? Flora xanım, Röya Ayxan, Aygün Kazımova, Miryusif deyərmi, bu sözləri? Halbuki, onlar ən bahalı toylara gedən ifaçılardır. Nuri Sərinləndirici, Elton Hüseynəliyev söyləyərmi, toylar açılsın?

Biz başa düşürük, müğənnilər toydan qazanır, amma bu, onların öz günahıdır. Bu gün müğənnilərimizin 50 faizinin düşüncəsi toydur, 50 faizinin düşüncəsi  isə “instagram”da yemək, dərman, paltar paylaşmaqan ibarətdir. Birinə 50-100 manatlıq ayaqqabı göndərirlər, 1 milyonluq səhifəsində paylaşır.

Bu il mən bir müğənni görmədim, yenicə məktəbə getmiş imkansız ailələrin övladlarına yardım etsin. Bilirsiniz, niyə? Çünki məktəbli mağazaları onlara reklam təklif etmədilər. Əvvəllər havayı alıb aparıb kiməsə verirdilər, amma bu il olmadı. Çünki pandemiyaya görə həmin mağazalar onlarla əməkdaşlıq etmədi. Mən bir şey arzulayıram, Allah Azərbaycan xalqını müğənnilərə möhtac etməsin. Heç bir ailənin başçısı müğənniyə yalvarmasın ki, gəl, mənim övladıma dəstək ol. Mən bu gün arzu edirəm ki, müğənnilərdən öncə rayonda maldarlıq və əkinçiliklə məşğul olan insanları düşünüb deyirəm, toylara icazə verilsin. İcazə verilsin ki, onların da məhsullarını alan olsun. Mən birinci növbədə toyxanada işləyən qabyuyanlar, mühafizəçilər və başqalarını fikirləşirəm. Müğənnilər mənim düşündüyüm ən sonuncu kateqoriyadır”.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25
2020-10-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK