SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: OD TÖKÜR, OD TÖKÜR GÜNƏŞ AĞZINDAN...

  13687   |  
Şriftin ölçüsü  

... Onsuz da avqustun əvvəllərindən adam bilmir ki, başını götürüb hara qaçsın. İnsanın nəfəsi təngiyir və səbri bir az da azalır. Nəfəsi təngiyən və səbri bir az da azalan adamlarsa, bu isti günlərdə çaylara, göllərə, dənizə üz tutur. Operativ Qərargah nə yaxşı ki, dənizə getməyə və çimərliklərə üz tutmağa icazə verdi. Yaxşı, bu istidə insanlar göydən "od” yağarkən özünü sərinləməkdə görür. Bəs onda dünyamızı və bizi oksigenlə təmin edən bu yaşıl ağaclar "canlarını” hara qoysun?! Axı onlar da canlıdı. Onların da suya ehtiyacı var. Bu isti günlərdə o ağaclara, o yaşıllıqlara su verməsən onların "dodaqları” cadar-cadar olacaq və dörd yerdən partlayacaq...

Elə məmləkətimizdə də yaşıllıqlar və ağaclar isti yay günlərində susuzluqdan quruyur. Düzdür, elə yerlər var ki, o ağaclara, o güllərə, o yaşıllıqlara səhər-axşam su verilir. Su da həyat deməkdir. Çox yox, 3-4 gündən bir bu isti günlərdə ağaclara su verilsə, vallah, onlar dirilər.

Mən Füzulidə olanda həmişə bir ana, bir məqama xüsusi fikir vermişəm. Xüsusən isti yay günlərində Horadiz şəhərində və digər yaşayış məntəqələrində ağaclara xüsusi qulluq edilir. Yəni onlar səhər və axşam saatlarında davamlı olaraq suvarılır. Elə bir gün olmaz ki, o ağaclar, o yaşıllıqlar diqqətdən kənarda qalsın. Axı dedik, ağaclar da canlıdı. Onlar da su istəyir, qulluq tələb edir və nəvaziş gözləyir. O ağaclara, o yaşıllıqlara vaxtlı-vaxtında su veriləndə onlar da dirçəlir və inkişaf eləyir.

Son illərdə Horadiz şəhərində 50 mindən çox ağac əkilib. Bunların arasında xan çinarı, eldar şamı, aylandra, leylandra və eləcə də sayı-hesabı bilinməyən qızıl güllər və bəzək kolları əkilib. Əgər kiminsə Füzuliyə yolu düşsə, onda görər ki, rayonun girəcəyindən Horadiz şəhərinə qədər və eləcə də digər yaşayış məntəqələrində yolun sağında və solunda nə qədər xan çinar əkilib. Və bu xan çinarının gözəlliyi və sərinliyi həmin məkana qeyri-adi bir füsnkarlıq gətirir. Zarafat deyil, 15800 xan çinarı əkilib və ona qulluq edilib. Əkildiyi vaxtdan 8 il zaman ötür. Maşallah, hamısı boylu-buxunlu bir igidə bənzəyir. Adam xan çinarına baxanda sanki möhtəşəm bir ordunu xatırlatdığını hiss eləyir...


Əlbəttə, ağacları əkib-becərmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, qulluq etmək, vaxtlı-vaxtında su vermək ondan da çətindir. Ən azından ona görə ki, bu ağaclar insan kimi qayğı, nəvaziş və diqqət istəyir. Çox yox, 10-15 gün onlara diqqət yetirməsən, baxmasan, o ağaclar insan kimi solacaq, "xəstələnəcək” və bir gün də görəcəksən ki, quruyub. Bütün bunlar birmənalı olaraq o ağaclara, o yaşıllıqlara, o güllərə, çiçəklərə xidmət göstərən insanların diqqət mərkəzindədir. Rayonda bu işi - Füzuli Rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatı icra edir. O kombinatın da direktoru Teymur Qurbanovdur. Teymur müəllim sözün həqiqi mənasında bu təbiətin, bu yaşıllıqların vurğunudur. O, hər gün səhər saat 6:00-dan xidməti maşını ilə evdən çıxır, Horadiz şəhərindəki parklarda, xiyabanlarda və digər yerlərdə olan yaşıllıqlara, ağaclara baxır, şəhərin təmizliyinə diqqət yetirir və bundan sonra tabeliyində olan əməkdaşlara öz göstərişlərini verir. Və səhər saatlarında mən də rayonda olanda onun da xəbəri olmadan bu hadisələrin şahidi olmuşam. Şahidi olmuşam ki, o, səhər saat 6:00-dan Heydər parkına, Bayraq meydanına, Qəhrəmanlar parkına və digər yerlərə gedir, hər şeyi nəzərdən keçirir və bundan sonra qayıdaraq işçilərinə öz tövsiyələrini bildirir.

Səhər saatlarında Kommunal Təsərrüfatının ən çox gözə dəyən işçiləri parkları, yolları və xiyabanları süpürən təmizlik işçiləridir. Onların hamısı qadınlardı. Bu qadınlar səhər saat 6:00-dan işə başlayır və gün çıxana qədər bütün təmizlik işlərini tamamlayırlar. Onların nə qədər zəhmətkeş və halal adam olduğunu çoxları yaxşı bilir. Bu xanımlar qışın şaxtasında, sazağında, yayın istisində yolları, küçələri, xiyabanları süpürür və heç bir çətinlikdən çəkinmədən öz işlərini vicdanla yerinə yetirirlər. Bu qadınlar hər cür diqqətə və mükafata layiqdirlər. Məndən olsa, onlara ikiqat əməkhaqqı verərəm. Ən azından ona görə ki, heç bir peşə sahibləri onlar qədər əziyyət çəkmir və onlar qədər zəhmətkeş deyillər. Hətta Bakının küçələrində səhər saatlarında yolu süpürən bu qadınların bəzilərini harınlamış sürücülər avtomobili yüksək sürətlə idarə edərkən vurur və qaçır. Arsızlığa bax ey, kömək də eləmir! Bax, belə şərəfsizlər tezliklə tapılır və cinayət məsuliyyətinə cəlb edilirlər.

Kommunal Müəssisələri Kombinatının direktoru Teymur Qurbanovla bir dostluq əlaqəmiz də var. Çünki ilk görüşdən aramızda səmimiyyət, mehribanlıq yarnıb və bir-birimizə hörmətlə yanaşmışıq. Təbii ki, bu hörmət sonradan dostluğa çevrilib. Mənim qızım və nəvələrim Horadizdə yaşadığına görə, yolum tez-tez bu şəhər düşür. Bayraq meydanından keçib qızımgilə gedəndə dostum Teymur müəllimə zəng elədim. Dedi ki, 15-20 dəqiqəyə Bayraq meydanının yanında olacam. Mən də qızım və nəvələrimlə görüşüb Bayraq meydanına qayıtdım. Gördüm ki, artıq aşağıda, yəni Bayraq meydanının giriş yerində Teymur müəllim məni gözləyir. Onda da hava çox isti idi. Bayraq meydanından əsən sərin meh bizə bir rahatlıq gətirirdi. Çünki burda minlərlə eldar şamı, digər ağaclar və bəzək kolu əkilib. Əlbəttə, bu yaşıllıqları becərmək və qorumaq elə də asan deyil. Elə Teymur Qurbanov da bu barədə mənə danışır. Deyir ki, Bayraq meydanın sahəsi 10,7 hektara çatır. Ümumilikdə isə Horadiz şəhərində 34,6 hektar yaşıllıq zolağı var. Bu yaşıllıq zolağında xan çinardan, eldar şamından, aylandradan və leylandradan tutmuş digər ağaclara qədər hər şey əkilib. Bayraq meydanındakı yaşıllıqlar damcı üsulu ilə suvarılır. Və burda hər gün Kommunal Müəssisələr Kombinatının 4 əməkdaşı səhər və axşam saatlarında yaşıllıqlara qulluq edir. Teymur müəllim bildirir ki, kombinatın 107 işçisi var. Onun 25 nəfəri təmizlik işləri ilə məşğul olur, qalanları isə digər vəzifələri yerinə yetirir. Yəni kombinatda çalışan hər bir insan öz üzərinə düşən vəzifə və missiyanı vaxtında yerinə yetirir. Kiminsə ləngiməsi və səhlənkarlığı hər hansı bir işin ləngiməsi və pozulması deməkdi. Buna görə də heç bir işçiyə güzəşt edilmir.


... Hər mövsümün özünün işləri var. Yəni kombinatın əməkdaşları yayda olduğu kimi, payızda, qışda, yazda da yaşıllıqlara qulluq edirlər. Əgər yay vaxtı ağaclar çox su istəyirsə, digər vaxtlarda onlara başqa qulluq göstərilir, dibləri bellənilir, peyin verilir, artıq budaqlar və yarpaqlar qırılaraq ağaclar təmizlənir. Üstəlik də, mövsümə uyğun olaraq onların qorunması üçün dərmanlama işləri aparılır. Çünki bir çox həşərat və ziyanvericilər yaşıllıqları məhv edir. İyun ayının ortalarında Mərakeş çəyirtəkələri yaşıllıqlara hücum etmişdi. Əgər onların qarşısı vaxtında alınmasaydı, ağacların bir yarpağı belə salamat qalmazdı. Vaxtında aparılmış dərmanlama işləri bu xəstəliyin qarşısını aldı və ziyanvericiləri məhv elədi. İndi demək olar ki, Horadiz şəhərindəki bütün yaşıllıqlar hamısı qorunub və mühafizə edilib.

Kombinatın direktoru Teymur Qurbanov bildirir ki, biz son vaxtlar Horadiz-Hacıqabul yolunun Kərimbəyliyə qədər olan istiqamətində hər iki yerdə 3 minə yaxın qızılgül kolu əkmişik. Yəqin Horadizə gələndə bu gülləri görmüsünüz. Sözün düzü, elə mən də şəhərə gedəndə bu güllərin təzə əkildiyini hiss elədim. Çünki həm balacaydı, həm də çox gözəldi. Təbii ki, bu cür yaşıllıqlar və gözəlliklər ilk növbədə rayona gələn hər hansı adamın diqqətini cəlb eləyir. Və yolboyu gedəndə biri var boz səhraya baxasan, biri də var bu cür xan çinarını, gülləri-çiçəkləri görüb ruhun və gözün dincələ.

Bütün gözəlliklər insan üçündür. O gözəllikləri və xarüqələri yaratmaq çox çətindir. Amma onu qorumaq və daha da böyük sahələrdə inkişaf etdirmək ondan da çətindir. Ən azından ona görə ki, hər bir gözəllik insana gözəl aura, xoş ovqat və qeyri-adi bir əhval-ruhiyyə bəxş edir.

Böyük Səməd Vurğun yazıb:

Od tökür, od tökür günəş ağzından,

Torpağın nəfəsi təngiyir hərdən.

Yanğınlar yağsa da göyə yerlərdən,

Əl işdən soyumur, ürək arzudan...

İndi göydən "od” yağsa da, Horadizdə o yaşıllıqları, o gülləri bu istidə göz bəbəyi kimi qoruyan, onları vaxtlı-vaxtında suvaran, qulluq edən bax belə halal və zəhmətkeş insanlar var! O halal və zəhmətkeş insanlar göydən "od” yağanda da, şaxta adamı qılınc kimi kəsəndə də həmişə o güllərə, o çiçəklərə, o ağaclara balaları kimi baxırlar. Ona görə də Füzulidə və Horadizdə bu yaşıllıqlar və bu gözəlliklər ilk növbədə rayona gələn qonaqları salamlayır və onlarda xoş təəssürat, xoş ovqat yaradır...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK