SON DƏQİQƏ:

Mən danışa bilmirəm, CİA danışsın – Soner Yalçın yazır

  60708   |  
Şriftin ölçüsü  

Alec Stansiyası...

CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) Terrorla Mübarizə Mərkəzində Usame bin Ladini təqib edən bölmənin adı idi.

Michael Scheuer (doğum: 1952), 2001- 2004 arasıAlec Stansiyasının başçısı idi.

2004-cü ildə ABŞ-ın İsrailə yaxın ittifaqını tənqid etdi, 22 illik CİA-dakı işindən istefa etmək məcburiyyətində qaldı.

ABŞ-ın İsrailə yönəlmiş xarici siyasəti haqqındakı tənqidlərinə davam edincə bu dəfə 2009-cu ildə "Qlobal Terrorizm Analisti” olaraq xidmət etdiyi Jamestown vəqfindən qovuldu! Bir neçə böyük xeyriyyəçi Jamestowna verdikləri pulu geri çəkməklə təhdid etmişdilər. Necə əsəbiləşməsinlər? Bunu deyirdi:

- İranlılar onları qaza gətirmədikcə ABŞ üçün təhdid təhlükəsi yaranmır. İsraillilər üçün bir təhdid ola bilərlər, amma ABŞ üçün yox.

CİA agenti Scheuer fərqli adam idi. Misal üçün, "İslam terrorizmi” yerinə "İslamçı üsyan” deyilməyini istəyirdi.

- Kəşmir, Sincan, Çeçenistan sadəcə, müstəqillik üçün deyil, həm də qurumsallaşmış barbarlığa qarşı mübarizə edirlər. Yəni bizə qarşı deyərək CİA-ya zidd getdi.

CİA-nın işçiləri üçün Əl-Qaidə haqqında məlumatlar yığdığı "Thriugh Our Enemies eyes” (Düşmənlərimizin gözü ilə) kitabını çap etdirdi.

Usame bin Ladinin 2007-ci ildə ortaya çıxardığı video kasetində "nələrin baş verdiyini bilmək istəyirsinizsə və bizə qarşı apardığınız savaşı uduzmağınızın səbəblərindən bəzilərini öyrənmək istəyirsinizsə, o zaman Scheuri oxuyun” dediyi kitab "İmperial Hubris” (İmperatorluq qılıncı) idi.

Diliməz "Qüdrət korluğu” olaraq çevrilən kitabında Sheuer bizi, ölkəmizi maraqlandıran şeyləri yazdı.

CIA-nın MƏRİFƏTLƏRİ

Həmişə deyirəm ki, "dərinə qazın”!

Bunun üçün bilgi sahibi olmaq və onu analitik düşüncəylə təhlil etmək lazımdı.

Amansız savaşların yaşandığı dünyada duyğulara yer yoxdu. Yol göstərən sadəcə, ağıldır.

Baxın:

- ABŞ PKK-ya silah yardımımı edir? Neft müqaviləsinimi edir? Mənim ağlıma CİA agenti Sheuer gəlir.

- İŞİD desəniz, FETÖ desəniz, mənim ağlına CİA agenti Sheuer gəlir.

- Misir Liviyaya qoşun yeridəcəkmiş desəniz, mənim ağlıma CİA agenti Sheuer gəlir.

CİA-da 22 il işləyən Sheuer deyir:

- ABŞ-ın tək məqsədi daxili savaş çıxartmaqdır. Qərb qüvvələri və Amerika Suriya, İraq və Əfqanıstan kimi bölgələrə əsgər göndərmək istəmir. Məqsəd bu bölgələrdə daxili savaş çıxartmaqdır. Bu dəqiqə ən böyük ümidimiz sünnilərin və şiələrin qanları quruyana kimi bir-biriylə savaşmaqlarını təmin etməkdir. Mən İŞİD-in Bağdadda irəliləyəcəyini düşünürdüm. Çünki sünnilər şiələri öldürürdü və elə istədiyimiz də bu idi.

Çünki eynisini Əl-Qaidə ilə eləmişdilər. Bu səbəblə 11 sentyabrdan əvvəl Bin Ladini öldürmək üçün 8 ilə on fürsət əldə eləmişdilər, amma barmaqlarını belə tərpətməmişdilər.

CİA qarmaşa ilə qidalanırdı.

İŞİD ilə daxili savaş çıxartdı.

FETÖ ilə daxili savaş çıxartmaq istədi.

Amerikan Conilərinin əvəzinə neft quyularına PKK-nı gözətçi qoydu.

Orta Şərqdə israrla sünni-şiə savaşı çıxartmaq istədi – İslamçı savaş.

Türkiyə gündəmini bu perspektivdən dəyərləndirmək düzgün deyilmi? Ayasofyadan İstanbul Sözləşməsinə qədər bizi içə döndürəcək süni mövzularla enerji itiririk.

Baxın:

BAŞINI QUMA SOXMAQ

Yunanıstan Ege qitə kontinentində Şərqi Ağdəniz üzərindən Türkiyəni sıxışdırır.

Misir silahdan istifadə edib Liviya üzərindən Türkiyəyə barmaq silkələyir.

ABŞ Şimali Suriyada PKK-ya dövlət qurdurur. İdlib qaynayır.

S400-lər və F35-lər və ya "Xalqbank” davası başımızı ağrıdır.

Ermənilər Azərbaycanı sıxışdırır.

Səudiyyə Ərəbistanı türk düşməni hər kəslə ittifaq qurur, tək dəstəkçimiz Qətəri boğmaz istəyir.

AB kibirli tövrünü davam etdirir, Covid-19 silahıyla Türkiyəni "lənətlənmiş ölkə” elan edir, turist axınını əngəlləyir.

- Livan-Beyrud partaması nəyə yol açacaq?

Başımızı qumdan çıxarıb ətrafa baxmaq lazımdı.

Maraqlı bir məlumatı da diqqətinizə çatdırım:

Pulitzer mükafatı alan Lawrence Wrightın 2006-cı ildə yazdığı və eyni adla 2018-ci ildə serial çəkilən "The Looming Tower”in əsas mövzusu FBİ və CİA rəqabətinin 11 sentyabr üzərindəki təsiri idi. Serialdakı "Martin Şmidt” obrazı Michael F. Scheuer idi.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK