SON DƏQİQƏ:

“Seks makinaları" və... - Emin Piri yazır

  11521   |  
Şriftin ölçüsü  

Bu gün bir qədər mehribanlıqdan sonra insanlıq halı kimi sirrini bölüşən belə xanımlara "mən səni anlayıram” deyən kişilərin "anlamaq” sözünün altında belə, "mən səninlə yatmaq istəyirəm, səninlə gəzmək, qeyri-leqal macəra yaşamaq istəyirəm” arzusu yatır. Əslində isə qadının ərindən ayrılma səbəbi dinləyənlər üçün maraqlı deyil. Amma diqqətlə, anlayışlı biri kimi dinləyəcək. Ən azından qadının təsəvvüründə "ərindən fərqli olaraq mən anlayışlı biriyəm” obrazı yaratmaq üçün. Bu cəmiyyət sizin kimi qadınalrı anlamır, əriniz sizin kimi birinin qədrini bilməyib palavraları və.s klassik metod kimi hələ də davam etməkdədir.

Səni anlayıram, bu cəmiyyət hələ formalaşmayıb, mən bu cəmiyyətdən fərqliyəm deyən kişilərin anlamaqları da ayrı bir dərd-manevrdir...

Yaxşı üzərinizə alınmayın, siz hamınız safsınız, elə bilin ki, bu cür "anlamaqlarla” manevr edən, saxtakarlıq roluyla obrazdan obraza girən elə Emin Piridir. Xətrinizə dəyər birdən.


Hə, bilirəm, "istisnalar var” deyəcəksiniz, "mən elə deyiləm” və s.i.a... Həm də deyəcəksiniz ki, sizdən fərqli olaraq cəmiyyətin 90%-dən artığı belədir və belə düşünür. Sizinsə bu 90-lığa heç bir aidiyyatınız yoxdur. Çünki bunu oxuyan hər kəs özünü yerdə qalan 10%-dən hesab edəcək. İçinizdə bir təsəlli verəcəksiniz özünüzə. Beləcə rahatlıq tapacaq, bəlkə kimi, nəyisə yada salıb, üzərindən bir qurtum su da içəcəksiniz.


Bu, bilirsiniz, nəyi xatırladır? Hərbi xidmətdə hansısa hadisədən sonra bir zabit çıxıb taburu söyərdi ki, 90%-niz "filan-filansınız”. Çoxunun səsi çıxmazdı. Çünki hamı özünü qalan 10%-də hesab edirdi. Və o sözün ona heç bir aidiyyatı olmadığını düşünürdü.

İstisnalar nə zaman ümumi qaydanı pozur ki?! Buna görə də elə dəqiq və ümumidən danışıram.

Bu gün Rusiyaya gedən kişilərimiz yüzlərlə sifət görmüş bir rus qadınıyla (hələ onun özündən 25-30 yaş böyük olmasını, onunla bərabər ola-ola başqalarıyla gəzməklərini qeyd etmirəm) vətəndaşlıq almağa görə nikah üçün "sinov” gedib, Azərbaycanda həyat yoldaşı şəhid olan, xəstəlikdən ölənlərlə evliliyi özünə şərəfsizlik biləcək.

Niyə? Çünki Rusiyadakı qadının hoqqalarını burada bilən olmur. Onun yatdığı azərbaycanlı kişi olmayıbsa, bu, daha da rahatdır. Çünki o, gələcək üçün vətəndaşlıq, qeydiyyat istəyir. Və bu da gələcəkdə pul deməkdir. Demək ki, məqsəd heç də şərəf, nüfuz deyilmiş. Gələcək maddi arzular və karyeralardır.

Heç bu hərəkətinə görə burada qınanmayacaq da. Bir-iki qohumunu da ora aparıb, çörək sahibi etsə, arada burdakı məktəbli yaşında nişanlısına hədiyyələr göndərsə, olacaq lap "bomba” kişi. Hətta ailəvi əxlaq məsələlərini onun sözüylə həll edəcəklər...

Amma burada dostların üzünə necə baxa bilər? Bəlkə tanışlardan biri onun keçmiş sevgilisi olub? Axı o, həm də heyvani hisslər üçün virtualdan tutmuş, adi görüşə qədər dəridən-qabıqdan çıxıb, "işlərimi yoluna qoyum, səninlə evlənəcəyəm” deyib, dostlar arasın çıxanda "bazlıqdan gəlirəm” söyləyəndir. Onun duyğuları uzaq bir yerdə azərbaycanlı dostlarının tanımadığı bir fahişəyə layiqdir.

Bu cür insanların Azərbaycanda "facebook-da olmayan” birini aramalarını demirəm. Elə bunun üzündəndir ki, Azərbaycanda facebook-da yüz minlərlə "fake” qadın profili var.

Necə deyərlər, "illüminatlar”dan, mason lojalarından, İŞİD-dən, "Mossad”dan, CİA-dan daha təhlükəli bir güc var: camaat. Camaat nə deyər? Çünki burada heç kim özünü yaşamır, burada hər kəs "camaat nə deyər” aksiomu üçün yaşayır. Hətta metroda yer verənlərin də əksəri başının üstündə duran xanıma onun hamilə olmasına, yaşına, qadınlığına görə deyil, "ətrafdan baxanlar nə deyər” düşüncəsinə görə edir.

Nədənsə Azərbaycandan çıxdıqdan sonra bu aksiom bir gecədə dağılır.

Hər halda, az görmədik Avropada yaşayan xanımlarla nikaha girmək üçün dəridən-qabıqdan çıxanları.


Hələ qadına ərindən qalan miras varsa, nə şərəf, nə keçmiş önəmli olmayacaq. Kasıba mühafizəkar baxan oğlanın baxışları qəfildən müasirləşəcək. Nə olsa da, qadının pulu ilə zatən özünə şərəf, ləyaqət toplayacaq. Qadın isə ərindən qalma obyektlərini gəzib, uşağının başını tumarlayıb, özünü aldadacaq. Və özünü aldatdığının fərqində olaraq. Bəs, kasıb olsaydı keçmişi nəzərə almayan o "ər” necə yanaşacaqdı? Əlbəttə, cəmiyyətin mövqeyini bölüşəcəkdi.

Peyğəmbər yolunu getdiyini iddia edənlər elə ən çox o yolu gedənləri baltalayacaq və baltalayır. Şeytan yerinə daşlayır bir növ. Dərinə gedib Məhəmməd peyğəmbərin özündən neçə yaş böyük və kiçiklərlə, boşanmışlarla evliliyi haqqında müzakirə aparmaq istəmirəm. Amma bir sualım var, siz doğrudan peyğəmbər yolunu gedirsiniz, yoxsa din pərdəsi altında o yolun asfaltını dağıdırsınız?


Heç mənim yazım da düz qurulmayıb. Bir qadının qarşısına tanıtım üçün təhsilini, savadını deyil, "dul”, "ayrılmış” sözünü qoyursansa ta heç zad...

P.S.Onsuz da burda tənqid etsən geri qalmış, cahil olassan, ya da paxıl. Tərif etsən də bu yazı kimi deyəcəklər Emin qadınların xoşuna gəlməkçün yazıb.

P.S. S. Mənim cəmiyyətdən fərqim nədir? Heç bir şey, elə mən bu cəmiyyətəm. Siz istisnalar olun, mənsə bu cəmiyyət. Təki siz hamınız saf olun, buna şərh yazan, məni qınayan və.s. Mənsə yazıda qeyd etdiyim bütün mənfiliklərə xas biri.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK