SON DƏQİQƏ:

Məşhəd şəhərində qadınların velosiped sürməsi qadağan edildi

  20746   |  
Şriftin ölçüsü  

İranın Xorasan-e-Rəzəvi vilayətinin Velosiped İdmanı Federasiyasının prezidenti bildirib ki, Dini Qaydaların Tətbiqi Qərargahı müvafiq icazəni alaraq, Məşhəd şəhərində qadınların velosiped sürməsinə qadağanın tətbiqinə başlayıb.

Radiozamaneh.com-un məlumatına görə, qadınların ictimai yerlərdə də velosiped sürməsi qadağan edilib.

Mehdi Ruzbehane qadın velosipedçiləri müqəssir elan edib.

Bundan əvvəl, Səbzvar şəhərinin İctimai Mədəniyyət Şurası və Dini Qaydaların Tətbiqi Qərargahı qadınlara velosiped sürməyi qadağan etmişdi. Səbzvar şəhər cümə namazı imamının rəhbərliyi ilə Səbzvar İctimai Mədəniyyət Şurası şəhərdə qadınlara velosiped sürməyi qadağan edən nişanların qoyulmasını tələb etmişdi.

Səbzvar Velosiped İdmanı Federasiyasının bir nəfər istisna olmaqla, kişilərdən ibarət səkkiz üzvü hamılıqlaiyulun 27-də bu qərara etiraz olaraq istefa verib. İyulun 31-də isə Səbzvar şəhər İdman və Gənclər İdarəsinin rəisi onların istefalarını qəbul edib.

İndi isə Dini Qaydaların Tətbiqi Qərargahı Məşhəd şəhərində də qadınların velosiped sürməsini qadağan edib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK