SON DƏQİQƏ:

Ermənistan xarici telekanalların yayımını məhdudlaşdırır

  13993   |  
Şriftin ölçüsü  

Ermənistan Prezidenti Armen Sarkisyan Rusiya kanalları da daxil olmaqla, xarici televiziya kanallarının multipleks yayımlarını məhdudlaşdıran qanun imzalayıb.

"RİA Novosti” bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata istinadla xəbər yayır.

Ermənistan parlamenti tərəfindən iyulun 16-da "Audiovizual media haqqında” qanun ikinci və son oxunuşda qəbul edilib. Onun müddəalarından biri xarici audiovizual proqramların yalnız dövlətlərarası razılaşma əsasında sənədsiz ictimai multipleks vasitəsilə yenidən izlənə biləcəyini nəzərdə tutur.


"Ermənistan prezidenti bu gün "Audiovizual media haqqında” qanunu imzalayıb”, - deyə məlumatdaqeyd edilir. Qərar rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minəcək.

Lisenziyalaşdırma şöbəsinin müdiri Lianna Dohikyan bildirib ki, xarici televiziya kanalları hazırda lisenziyalıdır və lisenziyalarının müddəti başa çatdıqda ən az 20 yanvar 2021-ci ilə qədər fəaliyyət göstərəcəklər:

"Əgər bundan əvvəl dövlətlərarası müqavilələr imzalanarsa, onda bu razılaşmalar əsasında fəaliyyətlərini davam etdirəcəklər”.

Ermənistanda hazırda Rusiyanın "Pervıy Kanal”, "RTR Planeta”, "Rossiya. Kultura” və dövlətlərarası televiziya kanalı "Mir” yayımlanır.(oxu.az)


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25
2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK