SON DƏQİQƏ:

Maskotlar vətəndaşları məlumatlandıracaq

  9437   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikası Prezidentinin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) fəaliyyətə başladığı ilk günlərdən etibarən, respublikanın şəhər və rayonlarında könüllüləri səfər edib, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirib.

Azərbaycan Gənclər Fondundan Adalet.az-a bildirilib ki, ötən aylarda könüllülər tərəfindən icra olunan "Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində vətəndaşların maarifləndirilməsi məqsədilə bir çox kreativ layihələr keçirilib.

Hazırda da xüsusi karantin rejiminin qaydaları çərçivəsində könüllülər ictimai məkanlarda vətəndaşların maarifləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir, sosial məsafə, maskadan istifadə və qaydalara düzgün riayət edilməsinin vacibliyini insanların diqqətinə çatdırırlar.

Görülən işlərin daha geniş çərçivədə təsir qüvvəsini artırmaq məqsədilə, növbəti maraqlı addım atılıb.

Belə ki, könüllülərin ərazidə olmadığı müddətdə vətəndaşlara pandemiya dövründə əsas davranış qaydalarını xatırladacaq xüsusi maskotlar ölkə ərazisində sərt karantin rejimi tədbiq edilmiş rayon və şəhərlərdə ictimai məkanların qarşısında yerləşdiriləcək.

"Məsafə saxla və sağlamlığının qeydinə qal!”, "Bir-birimizi qoruyaq!”, "Maskadan istifadə et, özünü qoru!” şüarları yazılmış maskotlar yerləşdirildikləri ərazidə sakinlərə pandemiyanın xüsusi qaydalarına əməl etməklə bağlı daim xatırlatma etməklə, virusun yayılmasının qarşısını almağa töhvə vermiş olacaqlar.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK