SON DƏQİQƏ:

Aqil ABBAS: SAĞ ƏLİN VERDİYİNİ… VƏ YA KƏLLƏ SUYU

  25206   |  
Şriftin ölçüsü  

O gün sosial şəbəkələrdə bir video paylaşıblar.

Belə hadisələri türk televiziyalarında tez-tez izləyirəm. Hansısa qəsəbə və ya kəndə yardım aparırlar, camaat da bu yardımın üstündə bir-birinin başını əzir, bir-birinin belinə minir. Yaşlı adamlar və qadınlar ayaq altda qalır. Və türk televiziyaları da utanmaz-utanmaz bunu paylaşırlar, özləri də Avropa Birliyinə girmək istəyirlər. Bu kadrları izləyən Avropa qardaş Türkiyəni nəinki süfrələrinə (yəni Avropa Birliyinə), heç süfrələrinin kənarına da yaxın qoymazlar.

İndi baxıram Şüvəlanda kimsə, ya hansısa şirkətsə Qurban payı paylayır. Camaat bir-birinin belində, ayaq altında. Çox utancverici bir hadisədi. Bunu adam balası kimi də paylamaq olar.

Türkiyədən bir yaxşı misal da çəkim. Deməli, bu pandemiya dövründə kimlərsə imkansız ailələrə ərzaq yardımı göstərir, amma gecə, xəlvətcə aparıb qoyur qapının ağzına və o yardım edənin kim olduğunu heç kəs bilmir. Və yardım alan da utanmır.

Bizdə yardım paylayanlar özləri ilə də bir-iki operator götürürlər, təntənəli surətdə yardımı verirlər, həm şəkillər çəkdirirlər, həm də videolar, sonra da bunu həm televiziya kanallarında, həm youtubedə, həm də sosial şəbəkələrdə paylaşırlar. Nədi-nədi filankəs yaxşı oğlandı desinlər.

İmam Əli deyir ki: «Sağ əlin verdiyini sol əl bilməməlidir». Yəni İslamda belə buyrulur. Məndə olan rəsmi məlumata görə, biz də İslamıq.

Amma sağ əlin verdiyini nəinki sol əl, hətta Tramp da bilir.

İnsanları bu qədər aşağılamayın.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK