SON DƏQİQƏ:

Xanlar xanı Çingiz xan və İslam

  29840   |  
Şriftin ölçüsü  

Məlum olduğu kimi ərəblər Çingiz xanın müsəlman olmağı üçün çox çalışdılar. Çingiz xan islamı qəbul etsəydi Orta Asiya qısa müddətdə müsəlman olacaqdı. Buna səbəbdən Çingiz xanın yanına gedən ərəb elçilərlə onun arasında belə bir danışıq olur:

-Xanlar xanı Çingiz xan, sizi İslama dəvət edirik.

-İslam dediyiniz nədir?

-Peyğəmbərimiz Məhəmməd vasitəsiylə insanlara təbliğ edilən dindir.

-Peyğəmbər kimdir?

-Yerin, göyün yaradıcısının yer üzündəki seçilmiş təmsilçisi.

-Ola bilər. Tenqrinin burdakı təmsilçisi də mənəm.

-Amma sizə bir kitab endilmədi. Peyğəmbərimizəsə Quran endirildi.

-Kitabınızda nə yazılır?

Ərəblər İxlas surəsini oxudular. Çingiz xan surənin türkcə variantını eşitmək istədi.

"De ki, Allah birdir. Allah heç bir şeyə möhtac deyildir. Hər şey ona möhtacdır. O doğulmamışdır və doğmamışdır. Heç bir şey ondan iznsiz hərəkət edə bilməz.”

Bundan sonra Çingiz xan qəhqəhə çəkdi və dedi:

-Siz bunları hələ indi öyrənirsiniz? Biz min ildir bunu bilirik və belə dua edirik. Buyurun, gedə bilərsiniz.

...Çingiz xan atından enib bir məscidin qabağında dayandı. Atın yüyəsini mollaya tutdurdu və dedi:

-Bu kimin evidir?

Ordakılar cavab verdi:

-Bu, Allahın evidir.

Çingiz xan hiddətləndi.

-Susun, bütpərəstlər. Allahın evi qəlbinizdir. Onu qəlbinizdən çıxarıb ona böyük-böyük evlər tikmisiniz. Qəlbinizə isə bütün murdarlıqları doldurmusunuz. Sizi elə burdaca atımın ayaqları altında əzərdim, amma buna belə dəyməzsiniz.

Dilimizə uyğunlaşdıran: Emin Piri


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK