SON DƏQİQƏ:

Çap olunmayan müsahibə: MÖCÜZƏ SƏSLİ DİKTOR...

  89400   |  
Şriftin ölçüsü  

Yaradan bəndələrini sevgidən yaradır, sevgi ilə yaradır və nurundan bir zərrə yaratdığına bəxş edir. Elə bax, o nur yaradılmışın həyat yolunda hər zaman özünü göstərir: istedad kimi, ağsaqqal kimi, igid kimi, ziyalı kimi. Bir sözlə, sevilən insan kimi... Bu gün haqqında danışacağımız məşhura da yaradan tərəfindən verilən nur uzun illər onu başqalarından seçib-fərqləndirib. Söhbət xalq artisti, tanınmış diktor Rafiq Hüseynovdan gedir. Bu gün Şuşa-Qarabağ torpağının havasından, suyundan, təbii gözəllikərindən qaynaqlanan minlərlə möcüzəli səslərdən birinin sahibi olan möcüzə səsli məşhurun doğum günüdür .

 

Hələ 2006-cı ildə tanınmış jurnalist Vasif Quliyevin məsləhəti ilə bulaq səsli, nur simalı, istedadlı insanla görüşmək mənə də nəsib oldu. Bu yazı Rafiq Hüseynovun 60 yaşı ərəfəsində yazılmışdı. Heç bir saytda dərc etdirmədiyim həmin müsahibəni nəzərinizə çatdırmaq istədim . Həm hörmətli pedaqoqun xatirəsini yad etmək ücün

Haşiyə: Rafiq Hüseynovhazırda işğal altında olan təkrarsız gözəllikləri ilə dünyanın ən gözəl şəhərlərindən biri olan Şuşada anadan olub. 17 yaşında AzərbaycanTeleviziyasında çalışdıqdan sonra1966-cı ildə təcrübəçi diktor kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Milli Kino Günü münasibətiləAzərbaycan RespublikasıKinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafata layiq görülüb.Televiziya diktoruRoza Tağıyevanın həyat yoldaşı olub. Hazırda aparıcı kimi tanınanLeyli Hüseynlininatasıdır. 26 oktyabr 2017-ci ildəAlmaniyanınDüsseldorf..şəhərində dünyasını dəyişib. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilib.3 noyabrda isəRəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrındabaş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunub.

 

Möcüzə səsli diktor

 

-Rafiq müəllim sizi tanımayan, səsinizə, diksiyanıza valeh olmayan çox az adam olar ki. onlar da ya gənclər olar ya da respublikadan kənarda yaşayan soydaşlarımız...Özünüzü sizi tanımyanlara necə təqdim edərdiniz?

 

- 1964-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinəişə işıqçı işinə düzəldim. O, vaxt 18 yaşım vardı. Çox keşmədi səsim -diksiyam diqqətləri çəkdi və diktor kimi fəaliyyətə başladım.

Sonra isə Sosial İdarəetmə və Politologiya İnstitutunda həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmişəm. "Yurd” jurnalında baş redaktoru olmuşam. Pedaqoqam, professoram... indi baxın də, kim necə istəyir elə də tanısın.(gülümsəyir)

 

-Biz tamaşaçılar, diktorluq sənətini adi və asan bir sənət kimi qəbul etmişik. Bu doğrudanmı belədi?

 

-O dövrdə dostlarım, tanışlarım məni görəndə deyirdilər ki, sənə nə var eeyy, ən asan işdə işləyirsən, vərdiş etmisən, gəlib üzündən oxuyub gedirsən, işin bitmiş olur. Amma əslində belə deyil, ekranda deyəcəyim sözün , kəlmənin, cümlənin, mətnin məsuliyyətin dərindən hiss etmişəm. Təsəvvür edin 8 milyonluq xalq yeganə kanal olan Az TV vasitəsi ilə səni izləyir, hər kəlmənə, hər sözünə , hətta vurğu işarənə diqqətlə fikir verir. Burda kiçicik bir səhv sənin fəaliyyətinə böyük nöqsan, qara kölgə sala bilərdi.Sovet dönəmində ən ciddi və o dövr üçün nadir hesab edilən bir sənətdə olmaq hər gün öz üzərimdə işləməyə məni sövq edirdi. Papulyarlıq qazandıqdan sonra da onu müəyyən səviyyədə saxlamaq da gündəlik əmək tələb edirdi.

 

-Təbii ki, adi insan olan diktorun da dərdi, sevinci var. Bu hissləri tamaşaçılardan necə gizlədə bilirdiniz?

 

-O vaxtlar nəinki Az TV-də elə sovet məkanında da robotluğa böyük meyl vardı. Yəni diktor emosiyalarını, hisslərini tamaşaçıya bildirmədən xəbərini- mətnini oxumalı, verlişi başa vurmalıydı. Amma mən başqa yol seçmişdim. Diktoru tamaşaçıya insan kimi də göstərməyə çalışırdım. Bütün verlişlərdə səmimiyyətə üstünlük verirdim.

 

-Ömrünüzün, sənətinizin ən məhsuldar dövründə qəflətən sənəti atıb getdiniz... Axı siz bu sənətə 1964-cü ildən can qoymuşdunuz? Getməyinizə nədən zərurət yarandı?

 

-Həmin dövrdə "Qarabağ problemi” yenicə alovlanırdı. Həm respublika daxilində, həm də televiziyada cərəyan edən hadisələr sırf siyasi oyunlar xarakteri daşıyırdı deyə, sevdiyim yurdumun üzərində qurulmuş oyunlarda iştirak etməmək üçün bir müddət ekrandan kənarda qalmağı üstün tutdum. Hiss edirdim ki, bu çirkin oyunlarda məndən də istifadə edilməyə başlayır. Elə mətnlər oxumalıydım ki, bu xalqın xeyrini deyil, siayətçilərin və siaysi oyunların mənafeyini güdsün. Sizin dediyiniz kimi, orda uzun illər can qoymağıma baxmayaraq, xalqıma yalan söyləməmək, qarşılarında başı aşağı olmamaq üçün uzaqlaşdım.

 

 

-Elə olub ki, bu sənətə gəldiyiniz üçün peşmanşılıq hissi keçirəsinizi?

 

-Bu sənət məni xalqa tanıdıb və bu sənətin sayəsində respublikanın ən tanınmış ziyalıları ilə təmasda olmuşam. Xalqın elitar təbəqəsi ilə əlaqələr qurmaq beynimdə , mənəviyyatımda, daxilimdə bir zənginləşdirmə yaratdı. Və ən əsası isə biz diktorlar bütün evlərin çağrılmamış qonaqları idik. Səhər də, axşam da , günorta da ən müxtəlif verlişlərlə onların qarşısında olurduq. Odur ki, ən böyük qazancımız xalqın sevgisi olub. Mən televiziyadan gedəndən sonra yolda, məclislərdə, tədbirlərdə qarşılaşdığım minlərlə insan bu gedişimə təəssüf etdiklərini bildirir və mənə yenidən geri qayıtmağı tövsiyyə edirdilər.

 

- Bir professional diktor kimi hazırki diktor və aparıcıların işi sizi qane edirmi?

 

-Tamamilə mənfi qiymət vermək düzgün olmazdı. Beləki, hər bir kanalın öz yolu, layihəsi, öz proqramı var. Hər kanalda mütləq bir verliş adamı cəlb edir. Amma aparıcılığı görəndə isə özümü narazılıq etməkdə haqlı bilirəm. Çünki bir sənəti mükəmməl mənimsəmək üçün ilk oncə onun təməlini öyrəmmək, məktəbini keçmək lazımdı. Peşəkar aparıcımütləq diktorluq məktəbini keçmək lazımdı. Birdə aparıcılarda ən böyük problem ləhcə ilə danışmaqdır ki buda ekran-efir üçün deyil.Peşəkarlarda ləhcə probleni olmaz! Növbəti narazılığım isə ekranlarda maarifləndirici yox əyləncəli proqlara geniş yer verilməsidi. Hətta ən pisi odur ki, əyləncəli verlişlərin aparıcıları həm dil xətaları edir, həm ləhcə ilə danışır, çox vaxt verlişə dəxli olmayan frasa və sözlərdən istifadə edirlər.

 

-Əgər seçim qarşısında qalsaydınız, hansı televiziyada , hansı verlişi aparmaq istəyərdiniz?

 

-Mənim müəllif proqramım vardı: ”Televiziyanın qonaq otağı” O proqrama dəvət etdiyim qonaqla 2-3 saat söhbətim olardı. Elə olardı ki, o proqramda qonağın daxili aləmi, mənəviyyatı, xarakteri tamaşaçı qarşısında açılardı. Məsələn gözəl aktrisamız Leyla Bədirbəyli ilə söhbətimizdən sonra şair Bəxtiyar Vahabzadə zəng vurub heyrətlə dedi ki,o, necədə savadlı, bilikli xanım imiş, səviyyəli insan imiş. Studiyaya rəssam da dəvət etmişdim. Mən qonaqla söhbətləşərkən o, qonağın portretini yaradırdı. Tamaşaçı qarşısında bir növü qonağın daxili aləmini də zahiri aləmini də kətana köçürürdü. Əgər seçim qarşısında qalsaydım bu səpkidə bir verliş hazırlayardım.

 

- Hörmətli Rafiq müəllim, siz Azərbaycan Televiziyasının təməlini qoyanlardan,məktəbini yaradanlardan biri olmusunuz..Tamaşaçı sevgisi sübut edir ki, bu sənətə gələndən siz xalqa ürəklə, səmimiyyətinizlə xidmət göstərmisiniz. Sizi sevdiyiniz bu xalqın adından 4 avqust doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirik. Nə yaxşı nurunuzla ekranlardan bir başa qonağımız olmusunuz, nə yaxşı...

 

2006-cı il.

 

 

Nə yaxşı ki,..

 

Xüsusi Qeyd: Rafiq Hüseynovun ilk evliliyi həmkarı Roza Tağıyeva ilə olub. O yeganə övladının ölümü onların arasında aşılmaz bir uuçurum yaradıb. Roza xanımdan sonra 2 dəfə evlənsədə xoşbəxtliyi yaxalaya bilməyib. Nəhayət,

4-cü evliliyində xöşbəxtliyi tapıb, Səbinə Hüseynli adlı xanımla ailə həyatı qurub.

Bu evlilik Rafiq müəllim AzTV-dən işdən çıxandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dərs dediyi illərdə baş tutub.

Səbinə xanım onun tələbəsi olub. Bütün tələbələr kimi 4-cü kursda oxuyan 21 yaşlı Səbinə də Rafiq Hüseynova simpatiya bəsləyirdi... Amma hələlik yalnız müəllim kimi... Tələbəykən müstəqil telekanallardan birində keçirilən diktorluq müsabiqəsində iştirak edib, uğur qazanan Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Və aralarındakı müəllim-tələbə ünsiyyati bir müddət sonra sevgi münasibətləriylə əvəzlənir...

Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Zarafat deyildi, 51 yaşlı kişi 21 yaşlı qızla ailə həyatı qurmaq istəyirdi.
Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan gənc xanım Rafiq Hüseynovla evliliyə razı olur.
”4-cü kursda oxuyurdum, 21 yaşım vardı. Rafiqin təcrübəsi böyükdür, qadınları cəlb etməyi yaxşı bacarır. Mən də o sarıdan sırf təcrübəsiz. Təklifini qəbul etdim, qısa bir müddətdə ailə qurduq” deyə o, həmin günlər haqda danışarkən bildirib. İllər sonra hisslərinin onu aldatmamasına sevindiyini də gizlətməyən Səbinə Hüseynli Rafiq Hüseynovla ailə həyatı qurduğuna peşiman olmadığını bildirir...Xoşbəxt ailənin Leyli adlı qızı da olur. Amma..

Klassik Azərbaycan televiziyasının siması - sovet dövrünün diktoru Rafiq Hüseynov xərçəng xəstəliyindən Almaniya xəstəxanasındaoktyabrın 26-da 71 yaşında vəfat edib.

Məkanınız nurla dolsunŞuşanın möcüzəsi, səsin möcüzəsi!Doğum gününüz mübarək olsun!Nə yaxşı ki doğulmuşdunuz!

 

Əntiqə Rəşid

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK