Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə millət vəkili Könül Nurullayevanın təşəbbüsü, Nizami rayon Nizami bələdiyyəsinin və “Məlhəm” klinikasının dəstəyi və təşkilatçılığı ilə Nizami rayonunda yaşayan şəhid ailələrinin xanım üzvləri üçün xüsusi tibbi müayinə aksiyası təşkil olunub.
Adalet.az xəbər verir ki, aksiya çərçivəsində 35-dən çox şəhid ailəsinin üzvü “Məlhəm” klinikasında həkim müayinəsindən keçirilib və onlara zəruri tibbi məsləhətlər verilib. Aksiyanın əsas məqsədi şəhid ailələrinin sağlamlıq vəziyyətinə diqqətin artırılması, onların sosial rifahına dəstək göstərilməsi və cəmiyyətin həssas qruplarına qayğının davamlı olaraq təmin edilməsidir.
Deputat Könül Nurullayeva qeyd edib ki, başda cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva olmaqla dövlətimiz tərəfindən şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərilir. Onların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər cəmiyyətimiz üçün böyük mənəvi dəyər kəsb edir.
Şəhid ailələrinin yanında olmaq hər birimiz üçün mənəvi borcdur. O, həmçinin aksiyanın keçirilməsinə göstərdikləri dəstəyə görə Nizami rayon Nizami bələdiyyəsinə, “Məlhəm” klinikasının rəhbərliyinə, tibbi heyətinə və bu aksiyada əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.
Digər Xəbərlər
17 Aprel 2026 10:13
Türkiyədə “ağıllı” şpris ixtira edildi
14 Aprel 2026 16:14
Bakıda bu özəl klinikanın fəaliyyəti dayandırıldı
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03


Bakı -°C

