Müctəba Xamenei növbəti mərhələdə vəzifəsindən alınacaq - Politoloq
ABŞ və İsrailin İrana hücumunda Ali dini rəhbəri Ə.Xameneinin öldürülməsindən sonra dini liderin seçilməsi üçün ciddi fikir ayrılıqları yaranmışdır. Məhz ABŞ və İsrailə cavab vermək üçün oğul Müctəba Xameneini SEPAH Ali dini rəhbərliyə getirdi”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Müctəba Xameneini Ekspertlər Şurası seçməyib:
“Ekspertlər şurasının bir neçə üzvü onun Ali dini rəhbər postuna hazır olmadığının qənaətindədilər. Məhz SEPAH M.Xameneini keçici bir lider gətirməklə böhrandan çıxış yolu kimi görüb. Qeyd edim ki, M.Xamenei yalnız atası Ə. Xamenei olduğu üçün bu posta gətirilib. Onun dövlət işlərində işləmədiyi və əsasən ticarət sahəsində çalışdığı qeyd edilir. Yeni lider M.Xamenei Londonda mülklərinin olması, Qərblə kölgə ticarəti və onun İran cəmiyyəti üçün xarakterik baxımından güclü lider obrazının olmaması, İran siyasi elitasında dərin fikir ayrılıqlarına gətirib çıxarıb. İranda atəşkəs olarsa, rejim dəyişikliyi baş tutmasa, M.Xamenei liderlikdən uzaqlaşdırılacaq. Onun yerinə siyasi-dini elitanın tam qəbul etdiyi lider seçiləcək. M.Xamenei müharibə şəraitinin lideri olaraq keçici lider kimi də xalq qarşısına çıxmayıb”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 May 2026 11:05
Milli Məclisin iclası başlayıb
01 May 2026 10:57
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı - Nota təqdim edildi
01 May 2026 10:42
“Paşinyana məsləhət kimi olmasın...” – Politoloq
01 May 2026 10:19
“Uzaq bir regiondan bir ölkə gəlib sənin qonşunu vurursa...”
30 Aprel 2026 23:48
"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, Avropada birincidirlər" - Prezident
30 Aprel 2026 20:00
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşdü
30 Aprel 2026 14:54
Elçin Əmirbəyov İtaliyaya işgüzar səfər edib
30 Aprel 2026 13:11


Bakı -°C

