Azərbaycan 2025-ci ili uğurlarla başa vurdu - Spiker
Ötən il Azərbaycan dövləti üçün həm daxili, həm də beynəlxalq səviyyədə çoxsaylı uğurların əldə edilməsi ilə yadda qalıb.
Adalet.az-ın xəbərinə görə, parlamentin bugünkü plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 2025-ci il Azərbaycanın həm siyasi, həm də iqtisadi sahələrdə önəmli nailiyyətlərə imza atdığı bir il olub.
“Ötən il əldə olunan uğurlar sırasında Vaşinqton razılaşmaları xüsusi yer tutur. Bu razılaşmalar Azərbaycan dövlətinin diplomatik müstəvidə növbəti siyasi uğuru kimi tarixə düşüb. Azərbaycan həm regional, həm də qlobal məsələlərin həllində fəal iştirak etmiş, müxtəlif beynəlxalq proseslərin irəli aparılmasına dəyərli töhfələr vermişdir”, – deyə spiker vurğulayıb.
Sahibə Qafarova həmçinin 2025-ci ilin Azərbaycan iqtisadiyyatı üçün də uğurlu il olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Nəticədə, Azərbaycanın iqtisadi göstəriciləri davamlı yüksəliş göstərmiş, həm daxili bazarda, həm də beynəlxalq ticarətdə ölkənin mövqeyi möhkəmlənmişdir.
Spiker əlavə edib ki, əldə olunan uğurlar yalnız rəqəmlərlə ölçülmür, eyni zamanda Azərbaycanın diplomatik nüfuzunun, beynəlxalq arenadakı təsirinin və ölkənin iqtisadi potensialının artırılması baxımından da böyük əhəmiyyət kəsb edir.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

