adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: ƏZABAM HƏR KƏSƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
57775 | 2020-05-16 09:03

Hər günün öz mövzusu,hər mövzunundaözdanışanı,yazanıvar. Amma çox qəribədir ki, son aylarda mənimgünümün mövzusu da eynidir, elə yazanı da. Necə deyərlər, düşdüyümlabirintindən çıxa bilmirəm. Nə qədər çalışsam, çabalasam da, əl-qol atsam da,hətta Tanrı qarşısında diz çöksəm də, dayandığım ölü nöqtədən tərpənə bilmirəm.Boğulduğum bir damcı suyun içindən çıxa bilmirəm. (Bu COVİD-19-dayapışıb zəli kimi boynumun ardından!!!) Sizə gülməli gələcək, bir damcı suda boğulmaqifadəsi. Amma neyləyim ki, bu bir gerçəkdir və mənim də ən böyük faciəm gerçəyidilə gətirməyimdir. Nədənsə həmişə gerçəyin əsiri olmuşam, gerçəyin balını da,zəhərini də dadmaq qismətimə, alın yazıma çevrilib. Bunun üçün mənə təsəlliverənlər də, irad tutanlar da, hətta tək-tək qibtə edənlər də olur. Amma ən çoxirad tutanlar olub. Hətta açıq şəkildə üzümə, gözlərimin içinə deyiblər ki,ağlın yoxdu. Ağlın olsa sən də karvana qoşularsan, sən də çalınan havayaoynayarsan, sən də hamı kimi olarsan...

Mən bu deyilənləri eşitmişəm, dinləmişəm,amma qəbul etməmişəm - nə yazılarımda, nə şəxsi həyatımda, nə də sevgimdə! Bu,özündənrazılıq, özündən bədgümanlıq, özünü əlahiddə saymaq demək deyil. Busadəcə mənəm-mənəmlikdən uzaq bir Mənlikdi! Yəni doğulduğum və barışdığımqədərlə yaşamaqdı... taleylə qol-qola yol getməkdi. Öz yolunu gedənlərin dəhəmişə dizi çapıq, dirsəyi qabarlı olar... gözləri yorğun, ürəyi ağrılı... Özüdə havalı, tək-tənha...

Təklərin qədəri təklik olduğu kimi,mübarizəsi də, seçdiyi yol da elə təklikdən keçir. Çünki onun mübarizəsi özünəqarşıdı, yəni təkliyə yönəlib. Yolu da təklikdən keçdiyi üçün qarşısına çıxanolmur. Tək ləpirin təkliyini təsəvvür edin və bir anlıq da olsa o tək ləpirininsanda hansı hisslər doğurduğunu, hansı auranı yaratdığını yaşamağa çalışın.Əgər bunu bacarsanız, vallah məni özünüz kimi anlayacaqsınız, özünüz qədəryaxın, səmimi biləcəksiniz. Axı, təklik özünə çəkilmək deyil, özünə sığınmaqdeyil, özündən qaçmaq deyil. Təklik əslində dərdlə yoldaş olmaqdı... payınadüşən sevinci əzizləməkdi... sevdiyini oxşamaqdı... onun pərvanəsi olmaqdı. Vəbutun bunlar da o tək dünyanın orbitində baş verir, o əhatə dairəsinə başqazəng çatmır. Ona görə də orda hər şey məsumdu, orda hər şey olduğu kimidi.Hətta mən bir az da şairlik edib yazmışam ki:

Ucalırqəmin çəpəri

Tükənirdizin təpəri...

Gününən acı xəbəri -

Bu telefona zəng çatmır!..

Susanda cavabsız sual

Dərhal düşür ürəyə xal...

Həmin anda dəyişir hal-

Bu telefona zəng çatmır!..

Qalırsan fikir əlində

Bir ad kirimir dilində...

Keçir ağlından ölüm də -

Bu telefona zəng çatmır!..

***

Evə tələsirəm.Əslində evə özümlə heç nə aparmıram. Bütün ovqatım, bütün əhvalım itingünündədi. Elə özüm də it günü daşıyıram özümlə. Bu ovqatla evə getməyəməcburam. Küçədə qalsam(COVİD-19-dan yayınmaq mümkün olsa-Ə.M) avara deyərləradıma. Veyillənsəm yenə avara deyəcəklər. Badələrə əl uzatsam, ondan da ağırsöz eşidəcəm. Ona görə evə gedirəm, hələlik ev olan ünvana. Ona görə hələlikdeyirəm ki, tay bu evin kitabı bağlanıb. Necə deyərlər, onun qarşısında nə sualişarəsi var, nə nida, nə də nöqtələr. Sadəcə, son nəfəs, son işartı qalıb buevin daşında, divarında, varlığında. Və biz də bütün gücümüzlə həm sığınmışıq,həm də saxlamağa, heç olmasa bir iynə ucu boyu ömrün uzatmağa çalışırıq bu evin.Neyləyim ki, bu evin yaşamasını istəməyənlər bu evdəkilərdən, bu evdəkilərinətrafındakılardan, yanında olanlardan milyon dəfə güclüdü. Ona görə də kitabıbağlanmış evin içindəkilər axşamı səhər edəndə Tanrıya şükür edirlər... yaşamduası oxuyurlar və hətta sevinirlər də... Axı daha bir gecəni öz evlərindəkeçiriblər...

Sonra həmin günyaşanır - təpkilərlə, sıxıntılarla, təlaşla və yenə axşam, yenə gecə...kənardan baxana bu durum, bu yaşam fərqli görünür. Kimlərsə bizi inadkar,kimlərsə taleyilə savaşa çıxan, kimlərsə də mənasız yerə özünü qəfil uçqununqurbanına çevrilən hesab edir. Bütün bunların hamısını duyuram da, eşidirəm də,amma heç birinə kəskin bir münasibət büruzə vermirəm. Ona görə ki, mənim nəçəkdiyimi və bu evin mənim üçün nə demək olduğunu heç kim mənim qədər duyabilməz, bilə bilməz. Belə olduğu halda kiməsə hansısa cavabı vermək və yaxudnəyisə israrla sübut etmək yumşaq desəm, küləklə vuruşmağa bənzəyər. Küləklə,yellə isə vuruşmaq təkcə ağılsızlıq deyil, həm də gülüncdür. Mən gülünc olmaqistəmirəm. Onsuz da ağılsızlığın cəzasını çəkirəm...

Ağılsızlıqdemişkən, tam səmimi etiraf edim ki, ömür boyu heç kimin var-dövlətinə,qazancına həsəd aparmamışam. Heç kimin də pulunu saymamışam. Heç bu ağılmdan dagəlib keçməyib. Həsəd apardığım bircə məqam var: o da getməyə yeri olanadamlardı. Təəssüf ki, mənim bu həsədim hələ ki, ortadan qalxmır. Çünki onunşah damarı Qarabağdı, doğulduğum kənddi. Nə qədər ki, bu problem çözülməyib,mənim də həsədim çözülməyəcək. Bunu ovcumun içi kimi bilirəm. Amma Allahınverdiyi ağıldan, imkandan yararlanmamaq zaman-zaman öz günahım olubdu. Üzüməaçılan qapılardan yan keçmişəm. Mənə əl uzadanların əlini sıxıb təşəkkürümübildirmişəm, amma təkliflərini qəbul etməmişəm. Nəticəsi də bugünkü durumumdu.Şükürlər olsun ki, bu durumun içərisində də səsimə səs verən, qayğımı bölüşən,məsləhətini, hətta evini belə əsirgəməyən dostlar var. Mən bu insanlarınürəklərinə, əqidələrinə səcdə edirəm. Nə isə...

Bax, belə birdurumda bugünkü ovqatımın diktəsi olan cəmi dörd misra ağlımdan gəlib keçir.Həmin misraların yükü sızıltı, göz yaşı deyil, məntiqdi. Mənim gəlib çıxdığımməntiq. Yəni:

Mən hər gün daha artıq

Doğranıb budanıram....

Ölüm də sevmir məni -

Ölümdən utanıram!

Siz bütün hallardahaqqın qalib gəldiyinə əminsiniz. Mən də əminəm. Amma bir atalar sözü var.Deyiblər ki, "haqq üzülür, amma sınmır, əyilmir". Mən bu deyiminyalnız təsəlli olduğuna inanıram, özünə yox. Çünki sınmayıb, əyilməyibüzülə-üzülə yaşamaq ən yaxşı halda mövcud olmaqdı, görünməkdi. Bu görünmək… Bumövcudluq sənin özündən başqa bir kimsəyə gərək deyil. Üstəlik, səni sındırmaqistəyənlərin sənin ətrafına səni gülünc etməyidi. Bax, bu yerdə ətrafın dasənin qədər üzülür, sənin qədər sıxılır. Deməli, sən əslində əzaba çevrilirsən,ağrıya çevrilirsən. Necə ki, bir şeirdə mən demişəm ki:

- ƏZABAM SEVDİYİM HƏR KƏSƏ!

İndi özünüzdüşünün, hətta sevdiyinə əzab olan birisinin üzülə-üzülə yaşaması nə qədərzərurətdi, nə qədər məntiqlidi? Yəqin ki, ağlımdan keçəni artıq duydunuz. Eləmən də sizin demədiklərinizi, daha doğrusu, demək istəmədiklərinizi hiss etdim,anladım. Ona görə də razılaşıram sizinlə, qoy hər kəs öz fikrində qalsın. Mənisə fikirlərimin davamı kimi sizin qapınızı döyüb bu kövrək notlarınüzrxahlığını etmək istəyirəm. Çünki yaşadıqlarım xoş ovqat yaratmadığı üçün məndə özümdən xəbərsiz, özüm də bilmədən onu doğmalara da transfer edirəm vənəticədə üzüntülər şaxələnir. Hətta düşünürəm ki, bütün bunların bir cəzası davar, sizin mənə verəcəyiniz cəzası. Halal haqqınız olan o cəzanı qəbul etməkdənqaçmayacam. Çünki adam əkdiyini biçir. Lap kobud ifadə etsəm, qazana nəatmısansa, o da çömçənə gələcək deyiblər. Mən də bu son aylarda öz kədərligünlərimin şahidi kimi sizinlə həmfikir olmuşam, sizinlə yoldaşlıq etmişəm. Vəyazmışam ki:

Sıxdı məni bir küncə

Ağlayan qəm, gülən qəm...

Qəmimi öz qəminin -

Can ortağı bilən qəm!

Günümdən gün qoparan

Qopardığın aparan...

Çətin bir də taparam-

Gec gedib tez gələn qəm!..

Ömrüm sığmır arşına

Qatılan yarışına...

Heç çıxmadı qarşıma -

Kipriyimi silən qəm!

Olmadı heç gül, buta

Söz tapmadı dil tuta!

Gedirəm mən, əlvida -

Mənsiz qalıb dilən, qəm!

***

Bu ağır və bir az da üzücü fikirlərin içərisindəbaşımı itirsəm də, hələ ki, yolumu itirməmişəm. Ona görə ki, yolun hardan haraqədər olduğunu təxmini bilirəm. Və bildiyimi də həyat öyrədib mənə. Birmənalışəkildə anlamışam ki, bütün yollar olumdan ölümə qədərdi. Həmin o yolunuzunluğu təbii ki, nə metrlə, nə arşınla və daha böyük ölçü vahidləriylə hesablanmır.Burdakı məsafə andı, gündü, həftədi, aydı, ildi. Bəzən də əsr. Sonuncu birtarixi şəxsiyyətlərə nəsib olur, bir istedadlara, bir də qəhrəmanlara. Vənəhayət, bir məqam da var: ilə bərabər olan an!!! Həmin o anın xoşbəxtlik quşuda yenə fərdlərin çiyninə qonur. Təbii ki, aramızda belələri var. Mən onlarayaxşı mənada uğur diləyirəm. O ki, qaldı bu yazıya... bu yazının ovqatına,demək istəyirəm ki, artıq bu gün də xatirəyə çevrilir. Dünənin xatirələrinəqovuşur. Mən də yazılarımla, sözlərimlə, mövcudluğumla artıq o xatirəmüstəvisindəyəm. Düşünürəm ki, ən azından Sən məni xatırlayacaqsan. Axı, səninvə mənim Allah qarşısındakı birliyimiz, bütövlüyümüz danılmaz, pozulmazgerçəklikdi, yazıdı. Deməli, sən məni xatırlayanda həm də özünüxatırlayacaqsan. Özünün mənli günlərini gözünün önünə gətirəcəksən... özününmənli günlərinin səsini eşidəcəksən. Ovqatını yaşayacaqsan. Və mütləq yadınadüşəcək, hətta pıçıldayacaqsan:

Xatirə olacam...anın birində
Bir zaman kəsiyi bitəcək mənlə...
Anın təbəssümü göz yaşı olub -
Quruyub yanaqda... itəcək mənlə...

Çartlayan dodaqda ... eh...sağalacaq,
Qurumuş kiprikdən duz töküləcək...
Tək onun saçları tez ağaracaq ...
İçinə saralmış söz töküləcək!..

Tanış ünvanlardan çəkinəcək göz
Ayaq dəyişəcək getdiyi səmti...
Bu yoxluq olacaq kül altdakı köz -
Onu qoruyana düşəcək həmdi...

... Xatirəolacam?.. bəlkə bu istək
Özü də ilğımdı! - meh aparacaq...
Ötüşən zamanı edərək dəstək-
İzimi hər yerdən şeh aparacaq!..

Bütün yazı boyu nə dedimsə, bilgisayara nə diktəetdimsə, hamısını sadəcə olaraq sizlərə bir xatirə kimi ünvanladım. Nə vaxtsa əlinizə düşsə, qarşınıza çıxsaoxuyarsınız. Necə deyərlər, mən dünyada olmayanda...


TƏQVİM / ARXİV