SON DƏQİQƏ:

Stalin, Çörçill və Ruzvelti xilas etmiş şəxs - əfsanəvi azərbaycanlı kəşfiyyatçı haqqında kitab

  10612   |  
Şriftin ölçüsü  

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, rus dillərində "Azərbaycanlı kəşfiyyatçı və "Tehran-43” konfransı” kitabı işıq üzü görüb və ingilis dilində çapa hazırlanır.

Trend-in məlumatına görə, kitab əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov, onun həyat yolu, peşəkarlığı və Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarından bəhs edir.

Kitabın müəllifləri Milli Məclisin deputatı Arzu Nağıyev və "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayevdir.

Məmmədhüseyn Xudadat oğlu Əsədov 1899-cu ildə anadan olub. 19 yaşı tamam olanda Qırmızı Ordunun xüsusi təyinatlı hissələrinin birində xidmətə başlayıb. Böyük Vətən Müharibəsi başlayanda Baş Kəşfiyyat İdarəsi M.Əsədovu İrana ezamiyyətə göndərib. Çünki o, bir neçə dili mükəmməl bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi. Onun işinin əsas istiqaməti ingilis və alman kəşfiyyatlarına qarşı əməliyyatların təşkil olunması idi. 1942-47-ci illərdə M.Əsədov SSRİ-nin İranda ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini tutub.

Həmin dövrdə İran Stalin, Çörçill və Ruzvelt arasında danışıqlar üçün uyğun məkan olaraq seçilib. Konfransa hazırlıq məxfi şəraitdə getdiyindən İranın özünə yalnız altı gün qalmış, noyabrın 22-də məlumat verilib.

Noyabrın 28-də Tehran konfansı başladı. Amma konfrans ərəfəsində M.Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya liderlərinə sui-qəsd hazırlaması barədə məlumat əldə edir. O təkcə məlumatı əldə edən yox, həm də sui-qəsdin qarşısının alınmasında fəal iştirak edən ilk şəxslərdən olub.

Sui-qəsd cəhdi haqqında ilk dəfə 1943-ci il dekabrın 17-də ABŞ prezidenti Franklin Ruzvelt mətbuat konfransında geniş ictimaiyyətə məlumat verib.

Bu əməliyyatın keçirilməsində müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni zamanda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olundu.

Qeyd edək ki, Azərbaycanın qəhrəman oğlu Məmmədhüseyn Əsədov haqqında kitabda yer alan fakt və sübutların nəşr olunması ermənilərin həmin dövrün hadisələrini saxtalaşdımaq niyyətlərini ifşa edib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK