Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - RƏSMİ AÇIQLAMA

Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir.
Adalet.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar çərçivəsində hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır:
"Hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər prioritet məsələlərdəndir. Lakin hazırda həmin şəxslərin pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir. Hərbi qulluqçuların və hərbi rütbəlilərdən olan pensiyaçıların sosial rifahı dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək".
Məlumat üçün bildirək ki, bir qrup hərbçi pensiyalarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişikliklərin ediləcəyinə dair fikirlər səsləndirilib. İddia edilib ki, pensiya hüququ yaranan hərbçilər pensiyaya çıxdıqları zaman hərbi xidmət dövründə əldə etdikləri əlavələr onların pensiya məbləğlərinə hesablanmayacaq və pensiyaları daha az olacaq.
Digər Xəbərlər

Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib

Bəzi rayonlarda temperatur 39 dərəcəyə çatıb

Prezident "İstilik təchizatı haqqında" qanunu təsdiqləyib

Aqil Abbas Ağdama köçmək istəyir

Şəxsiyyət vəsiqələrinin forması dəyişir

Əmlakın tələbkar tərəfindən əldə edilməsi yeni qaydada rəsmiləşdiriləcək

Xüsusi icra məmuru bu hallara görə məsuliyyət daşıyacaq - SİYAHI
