14 Iyul 2025 10:04
92
İDMAN

Boksçumuz Portuqaliyada qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski (75 kq) Portuqaliyada qızıl medal qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, milli üzvü Braqada keçirilən beynəlxalq turnirin qalibi olub.

Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.

O, finalda isə bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.