14 Iyul 2025 15:46
83
DÜNYA

Rusiyada çimərlikdə 3 nəfəri ildırım vurub öldürüb, 4 nəfər yaralanıb

Rusiyanın Tula vilayətində çimərlikdə ildırım vurması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Adalet.az yerli KİV-ə istinadən xəbər verir ki, ildırım vurması Oka çayı üzərindəki Şaxtyor pansionatında baş verib.

    Çayda insanlar olan zaman ildırım düşüb.

    Təcili yardım gələnə kimi 3 nəfər yerindəcə keçinib, qalanları xəstəxanaya yerləşdirilib.