adalet.az header logo
  • Bakı 11°C
09 Aprel 2020 16:49
40136
LAYİHƏ
A- A+

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

(əvvəli ötən saylarımızda)

Mirzə Cabbar Baxçabanın dediklərindən:

- "1918-ci ildə daşnaklar İrəvan vilayətində 211 azərbaycanlı kəndini dağıdıb, 300 mindən çox insanı qətlə yetirmişlər. Fəlakətlə, ölümlə üzləşən azərbaycanlılar ev-eşiklərini atıb xiyabanlara, dağlara qaçmışdılar. Mən Noraşen kəndində ailə üzvlərimlə bir tövlədə bir köynəkdə, alt paltarında qalırdım. Bu kənd İrəvandan qaçmağa məcbur olan azərbaycanlılarla dolu idi. Həmin vaxt daşnaklar Naxçıvanı viran etmişdilər. Andronikin göstərişi ilə adamların diri-diri dərisini soyurdular. Kütləvi sürətdə əhalini qırırdılar. Iran azərbaycanlıları Naxçıvana köməyə gəlmək istəyirdilər. Lakin İran dövləti onları Naxçıvana getməyə qoymur, qabaqlarını alırdı".

Andronik Ozanyan Naxçıvandan Zəngəzura aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı ömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edib.

Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Kəndlərin yaşlı adamları danışırdılar- Bazarçay boyunca yerləşən kəndləri Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı kəndlərini xaraba qoyub əhalini qırır.

Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini xaraba qoyub, əhalini qırıb. Ağdü kəndində 400 nəfər tutan məscidə adamları yığıb bütün çıxışları bağlayıblar. Qızmış buğaların üstünə neft töküb od vurub içəri buraxıblar. Buğalar adamları dırnaqları altına alıb şilküt edib. Sonra qəddar ermənilər məscidin damını söküb içəri küləş doldurub od vurublar, məscidin küncündə, bucağında qalanlar da tüstüdən boğulub ölüb. Bakı-Şamaxı senarisi kimi insanları ən çox Allah evlərində-vəscidlərdə məhv ediblər. Andronikin quldur dəstəsi törətdiyi vəhşilik nəticəsində xaraba kəndlərin kalafalarında qazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəllə sümükləri çıxırdı. Əcdahı dərəsinin, Mırığın, Aylığın mağaraları kahaları, qayaların araları insan sümüyü ilə dolu idi.

Şükar kəndindən Abbas kişinin 1967-ci ildə mənə dediklərindən:- "Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək fikrinə düşür. Elə də edir. Gavur əlinə düşməsin deyə övladlarını özü vurur. Eldəniz də nişanlısını aparmağa gələndə quldur dığalar onu qamarlayıb tuturlar və belə şərt qoyurlar:

- Get nişanlın Gövhəri gətirver bizə, səni buraxaq. Eldəniz onlara ağır sözlər deyir. Dığalar onu aparıb "Toxluqayanın" dibində doğrayırlar. Atam Şamil ermənilərə əsir düşür. Onu Qarakilsənin həbsxanasında saxlayır, işgəncə verirlər. Arsen adlı erməni atama zülm eləyib. Ətlə dırnağın arasəna iynə yeridib, barmağını qapının arasında qoyub sıxır, sol ayağını nallayır, qaçaqların yerini ondan öyrənmək istəyirlər. Atam onlara sirr vermir. Axırda atamın sağ baldırının dərisini soyur, yerinə duz səpir həməyir keçilərə yalatdırırlar. Sonra aparıb "Göyuçqun" qayasından atırlar.

Təxmini hesablamalara görə quldurlar kəndimizdən 2 min baş qoyun, 975 baş qaramal, saysız-hesabsız dana-buzov aparıblar. Vəhşi ermənilər zəncirli itləri, hörüklü atları öldürməyiblər ki, türklərə məxsus olan heyvanlar işgəncə ilə ölsünlər: 377 nəfəri qayadan töküb qırırlar. Andronikin quldur dəstəsi 1918-ci ildə Ağdü kəndinin 1122 nəfər əhalisindən 824 nəfərini vəhşicəsinə məhv etmişdilər. Ümumiyyətlə Zəngəzur qəzasında erməni hərbi birləşmələri 1918-ci ildə azərbaycanlılar yaşayan 115 kəndi məhv etmiş, 7729 nəfər azərbaycanlıları, o cümlədən 3257 kişi, 2276 qadın, 2196 uşağı vəhşicəsinə öldürmüşdülər.

Andronik Zəngəzurun qərbini talan etdikdən sonra 1918-ci ilin payızında Tat kəndinə hücum edir. (Tat kəndi Laçın rayonunun ərazisindədir.) Andronikin vəhşiləşmiş dəstəsi kəndi mühasirəyə alır. Quldurbaşı üzünü özü kimi qaniçən, qəddar, başkəsən dığalar tutar".

-Qaytaqanlar (qaçqınlar)! Mən sizin vəziyyətinizi bilirəm yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəldiniz. Mən orda sizin qisasınızı türklərdən ala bilmədim, lakin bu Zəngəzurda yaşayan türklərə aman yoxdur. Gərək daş-daşın üstündə qalmasın. Bir erməri ölsə, 10 türk ölməlidir. Tat kəndi bizim əlimizdədir. Bu kənddən bir nəfər sağ çıxmamalıdır. Tat kəndinin 2859 nəfər əhalisi erməni quldurları tərəfindən ağıla sığmaz işgəncə ilə qətlə yetirilib. Tat kəndində törətdikləri dəhşətli faciəni ağılasığışdırmaq olmur. Azyaşlı uşaqların başını kəsib, qanını xüsusi qablara yığır, ürəkləri soyumaq üçün qədəhlərə süzüb içirmişlər. Sonra kəndin adamlarını əsasən qadınları, uşaqları samanlığa doldurub diri-diri yandırıblar. Tat kəndində hamilə qadının qarnını yırtaraq körpəni yanan təndirə atıblar.

Körpə uşaqları buqadları qələm vurulmuş ağaclara qarnı üstə keçirib, onların ağlamasından həzz alırmışlar. Andronik Ozanyan qəlbi yerdə oturub meydanda lüt kürəklərinəqaynar samovar bağlamış adamların hərəkətlərindən ləzzət alırmış.

Daşnak Tayqulaq Zəngəzur mahalının qərb hissəsini işğal edəndən sonra Qarabağa keçmək eşqinə düşür. Yerli erməni nankorlarının köməyi ilə heç bir maneyəyə rast gəlmədən Minkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Xülasə, yerli daşnak törtöküntüləri Androniki başa salırlar ki, Zəngəzur dağlarında, yaylaqlarında elat tərəkəmələr ancaq yayda olurlar. Onlar quyruq doğan kimi dəvələr ağzı arana yatanda barxanasını bağlayıb və köçürlər. Onların nəzərdə tutduqları maneyə Kürdüstanın bəyi-Soltan bəy Soltanov idi. Yediyi çörəyi itirən dığalar Androniki tamam arxayın salırlar ki, Soltan bəyin böyük təsərrüfatı var, başı qarışıb təsərrüfata. Bəli, Andronik hərbi sursatını gətirib yığlr Qaragölün ərtafına, gözləyir el yaylaqdan üzülsün. Onun məqsədi Qarabağa keçmək, nəzərdə tutulan planı yerinə yetirmək idi.

Qışda ovçular dağlara çıxırdılar. Onlar ayı, maral, ovlayırdılar. Şəlvədən ovçu Qaraş, ovçu Soltan ovçuluqdan tanındıqları üçün onlara ovçular deyirdilər. Ovçular Qaragölün həndəvərində hərbi sursatı görüb şübhələnirlər.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.