SON DƏQİQƏ:

Bu avtomobil sahibləri 600 manat cərimələnəcək - AÇIQLAMA

  12508   |  
Şriftin ölçüsü  

"Ümumi istifadədə olan avtomobil yollarında iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti yolların dağılmasına, tez sıradan çıxmasına səbəb olur”.

BunuOxu.Az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrində artıq yük daşınması istifadəsi 30 illiyə hesablanmış yolların qısa müddətdə yararsız hala düşməsinə gətirib çıxarır:

"Məsələn, Bakı-Rusiya sərhədində avtomobil və digər yollarda bu kimi hallar baş verdi. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yollarda normadan artıq yüklə hərəkət edən avtomobillərin qarşısını almaq üçün birlikdə çalışmalıdır.

Yeni tərəzi nəzarət məntəqələri yaradılmalıdır. Bununla da yük avtomobillərinin hərəkətinə nəzarət etmək mümkün olacaq. Bu zaman üstü bağlı və nəzərdə tutulmuş tonnajı göstərilməklə artıq çəkidə yük olmayacaq”.

Ekspert bildirib ki, yük daşıyan avtomobil sahibləri qaydalara əməl etməsələr, onlar 600manat məbləğində cərimələnəcəklər:

"Yükdaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərmaşınıyükləyən zaman normanı müəyyənləşdirməlidirlər. Bütün stasionar postlarda yolların tərəzi məntəqələrində ciddi nəzarət olmalıdır. Qanun qarşısında hamı bərabər olmalıdır. Hansısa məmurun şirkətinin maşınları artıq yük vuraraq yolları yararsız hala salmamalıdır”.

"Gələcəkdə yükdaşımaların həcmini digər nəqliyyat sektorlarına yönləndirmək lazımdır. Dəmiryol nəqliyyatı hazırda genişlənməkdədir. Ölkə ərazisində yükdaşımaların 80-90 faizi avtomobil nəqliyyatı sektorunun üzərinə düşür, tədricən yükdaşımaları dəmiryol vasitəsilə də aparılsa, yollaryararsız vəziyyətə düşməz”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə həddən artıq yüklənən nəqliyyat vasitələriyol hərəkətindən kənarlaşdırılır, artıq yük maşından boşaldılır və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıq edilir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK